images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Dövlət Sosial Müdafiə Fondunun direktoru veteranlarla görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov bir qrup Böyük Vətən Müharibəsi iştirakçısı ilə görüşüb.

 

Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranlara göstərdiyi diqqət və qayğıya görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DSMF-ə öz təşəkkürünü bildirib, bu əməkdaşlığın genişlənməsinin zəruriliyini vurğulayıb.

 

Qarşıdan gələn 9 may Qələbə Günü ilə bağlı veteranları təbrik edən Himalay Məmişov, Respublika Vüeteranlar Təşkilatının sədri Fatma Səttarovaya gül dəstəsi bağışlayıb, veteranların hər bir gənc üçün nümunə olduğunu deyib. DSMF direktoru qeyd edib ki, veteranların daim diqqət mərkəzində saxlanılması, onların sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

 

Veteranlarla görüşdən məmnunluğunu dilə gətirən Himalay Məmişov, bu cür görüşlərin sistemli və mütəmadi şəkildə təşkilinin vacibliyini vurğulayıb.

 

Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov veteranları narahat edən məqamları diqqətə çatdırıb, bu məqamların hər birinin araşdırılmasını xahiş edib.

 

Veteranlarla görüşünə görə DSMF direktoruna öz təşəkkürünü bildirən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, dövlətin veteranlara olan qayğısından məmnunluğunu ifadə edib, əlaqədar qurumların veteranlarla bağlı məsələləri bundan sonra da diqqət mərkəzində saxlamasının vacibliyini bildirib.

 

Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Oxunub: 190