images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı ölkəmizə qarşı növbəti təxribatdır

Cəlil Xəlilov: “Ardıcıl təxribatlar Azərbaycan ordusunu hərəkətə keçirə bilər”

Xəbər verdiyimiz kimi, mayın 21-də Şuşada işğaldakı Azərbaycan torpaqlarındakı separatçı rejimin rəhbəri Araik Arutunyanın andiçmə mərasimi keçiriləcək.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov baş verənləri ermənilərin növbəti həyasızlığı kimi dəyərləndirib:

“Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma qurumun yaradılması da, orada saxta seçkilərin keçirilməsi də, Şuşada planlaşdırılan andiçmə mərasimi da erməni həyasızlığının növbəti təzahürüdür. Bu faktlar bir daha sübut edir ki, işğal rejim beynəlxalq hüquqa nəinki hörmət etmir, bu hüququ nümayişkəranı şəkildə pozur, bununla da beynəlxalq təşkilatlara, dünya nizamna açıq hörmətsizlik sərgiləyir. Şübhəsiz ki, Azərbaycanın işğal edilmiş torpaqlarında belə bir andiçmə məraisiminin keçirilməsi ölkəmizə qarşı növbəti təxribatdır və beynəlxalq birlik bununla bağlı öz mövqeyini ortaya qoymalı, işğalçıya qarşı cəza mexanizmini işə salmalıdır”.

C.Xəlilovun sözlərinə görə, düşmənin mayın 21-də Şuşada keçirməyi planlaşdırdığı andiçmə mərasimi Qarabağ probleminin sülh yolu ilə həlli prosesinə zərbə vumaqla yanaşı, düşmənin münaqişənin danşıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir:

“Şuşada belə bir tədbirin keçirilməsi heç şübhəsiz ki, Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqlarına vurulan ağır zərbədir və bu, düşmənin əsl niyyətini ortaya qoyur. Baş verənlər göstərir ki, rəsmi İrəvan iddia etdiyinin əksinə olaraq, problemin slüh yolu ilə həllində maraqlı deyil və bu danışıqlar beynəlxalq ictimaiyyətini aldatmağa xidmət edir. Odur ki, dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq vasitələri işə salmalı, ona qarşı sanksiyalar tətbiq etməklə işğalçıya öz yerini göstərməlidir”.

C.Xəlilov hesab edir ki, proseslərin bu şəkildə gedişatı Azərbaycanın səbr kasasını daşıra bilər:

“Məlumdur ki, Azərbaycan tərəfi dəfərlə bildirib ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq və gərəkirsə problemin həlli üçün bütün vasitələri sınaqdan çıxaracaq. Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı, habelə bu günə qədərki təxribatları problemə hərbi konteksdə yanaşmaq zərurətini artırır. Bildiyiniz kimi, Azərbaycan güclü bir orduya sahibdir və bu ordu Şuşada andiçmə mərasimi planlaşdıran düşmənə bu torpaqları asanlıqla məzara çevirə bilər. 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu işğaldakı bütün torpaqları bir həmlə ilə azad etmək, bu torpaqlarda üçrəngli bayrağımızı dalğalandırmaq qüdrətinə malikdir. Əgər Ermənistan təxribatlardan əl çəkməsə, o zaman aprel məğlubiyyətindən qat-qat ağır və dəhşətli məğlubiyyətə hazır olmalıdır”.

 

Seymur ƏLİYEV

 

Oxunub: 89