images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Ermənistana qarşı xüsusi sanksiyalar tətbiq edilməlidir

Xəbər verdiyimiz kimi, Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

 

Xatırladaq ki, bu, erməni hərbçilərinin Azərbaycan Silahlı Qüvvələrinə qarşı ilk təxribatı deyil. Belə ki, işğalçı ordunun əsgərləri zaman-zaman həm Azərbaycan ordusunun hərbçilərinə, həm də təmas xəttinə yaxın ərazilərdə yaşayan, təsərrüfatla məşğul olan dinc, mülki sakinlərə atəş açaraq onların yaralanması, şəhid olmasına səbəb olub.

 

Son olayla bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Ermənistanın təxribatçı addımlarına qarşı beynəlxalq miqyasda ciddi addımlar atmağın vacibliyinə diqqət çəkdi:

 

“Erməni snayperinin açdığı atəş nəticəsində sərhədçi əsgərimiz şəhid olması xəbəri cəmiyyətimizdə böyük təsssüf və qəzəb hissi ilə qarşılanamqdadır. Məlum olduğu kimi, bu erməni ordusunun Azərbaycan hərbçilərinə və mülki sakinlərinə qarşı ilk təxribatı deyil. Bundan öncə də Ermənistan atəşkəs rejimini, eləcə də beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq mülki vətəndaşlarımız və hərbçilərimizə atəş açmış, hətta azyaşlı uşaq və qocaların ölümünə səbəb olan ağır cinayətlərə yol vermişdir. Sərhədçi əsgərimizlə bağlı baş verən məlum olay düşmənin öz çirkin niyyətindən əl çəkmədiyini, ölkəmizə yönəlik təxribatçılıq fəaliyyətini israrla davam etdiyini göstərir. Lakin təəssüflər olsun ki, bu olaylara nə Minsk qrupunun həmsədrləri, nə də digər beynəlxalq təşkilatlar adekvat münasibət göstərmir.

 

Hesab edirəm ki, beynəlxalq təşkilatlar, habelə dünyanın aprıcı gücləri baş verənlərə ciddi reaksiya verməli, işğalçı Ermənistana qarşı xüsusi sanksiyalar tətbiq etməlidir. Bir tərəfdən sülhdən danışan, digər tərəfdən hərbi təcavüz və təxribata yol verən Ermənistan etdiyi cinayətlər görə cavab verməli, sivil, demokratik dünyanın təpgi və təzyiqini öz üzərində hiss etməlidir.

 

Əsgərimizin şəhid olması faktı göstərir ki, siyasi riyakarlıq və hərbi təxribatla məşğul olan, terror və təcavüzü dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın Qarabağ probleminin danışıqlar yolu ilə həllində maraqlı olması ilə bağlı verdiyi bütün bəyanatlar cəfəngiyyatdan başqa bir şey deyil. Odur ki, beynəlxalq təşkilatlar, ATƏT, BMT Ermənistanın hərbi təxribatçılıq fəaliyyətinə cavab olaraq hərəkətə keçməli, işğalçı ölkəyə qarşı ciddi və çoxşaxəli sanksiyalar tətbiq etməklə növbəti təxribatların qarşısını almalıdır.

 

Ermənistan bilməlidir ki, Azərbaycan ordusu hər cür təhdid və təxribatı dəf etməyə, düşmənə layiqli cavab verməyə qadirdi və 2016-cı ilin aprel döyüşləri buna əyani misaldır. Düşmən anlamalıdır ki, əgər təxribatçılıq cəhdlərindən əl çəkməsə, Azərbaycan ordusu tərəfindən elə bir zərbə alacaq ki, aprel məğlubiyyəti Ermənistana bu zərbə ilə müqayisədə toy-bayram kimi görünəcək”.

 

Seymur ƏLİYEV

Oxunub: 78