images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Faşistlər tərəfindən Norveçdə edam edilən həmyerlimizin məzarı tapılıb və bərpa olunub

İkinci Dünya Müharibəsi zamanı faşistlərə qarşı mübarizədə iştirak edən həmyerlimiz İvan Aleksandrovun məzarı tapılıb və onun qəbirüstü abidəsi Norveç hökuməti tərəfindən bərpa olunub.

 

Bu barədə XİN-dən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına daxil olan məktubda məlumat verilib. Məlumatda göstərilir ki, İvan Aleksandrovun məzarı Norveçin Gjovik şəhəri yaxınlığında- əsir düşmüş hərbçilərin dəfn edildiyi qəbiristanlıqda tapılıb.

 

Qeyd edək ki, İvan Aleksandrov faşist işğalına qarşı mübarizə aparıb və 1944-cü ildə Norveçdə faşistlər tərəfindən edam edilib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Oxunub: 99