images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
General-polkovnik Tofiq Ağahüseynov: Azərbaycan Ordusunun cəbhədəki uğurları hər birimizə qürur və sevinc hissi yaşadır

Prezident İlham Əliyev ötən gün müzəffər Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi ilə bağlı xoş müjdəsi münasibətilə xalqımızı təbrik edirəm. Dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi kimi, Hadrut qəsəbəsinin və Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərinin işğaldan azad olunması tarixi qələbəmizdir.

Bu fikri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov AZƏRTAC-a açıqlamasında deyib.

T.Ağahüseynov qeyd edib ki, Azərbaycan Ordusunun cəbhədəki uğurları əsgərlərimizin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissi yaşadır. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün güclü maddi-texniki baza və müasir silah-sursatla təmin olunan ordumuz məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb. İndi biz ordumuzda vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin şahidi oluruq. Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyidir. Əsgərlərimizin hərbi-vətənpərvərlik ruhu sarsılmazdır. Bu, hər kəsdə ruh yüksəkliyi, orduya inam yaradır. Ümumiyyətlə, cəbhədəki qələbələr Azərbaycan Ordusunun, Prezident, Ali Baş Komandan İlham Əliyevin və xalqımızın böyük nailiyyətidir.

Tofiq Ağahüseynov bildirib ki, artıq humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlərin, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub. Beynəlxalq qaydalar əsasən hər müharibədə cəsəd və əsirlərin dəyişdirilməsi üçün humanitar atəşkəs qəbul edilir.

“Azərbaycanın mövqeyi bəllidir. Xalqımızın dövlətimizə və Prezidentimizə güvəni tamdır. Oktyabrın 9-da Prezidentimiz Xarici İşlər nazirlərinin Moskvadakı görüşü ərəfəsində növbəti tarixi çıxışını edərək xalqımıza hər şeyi açıq şəkildə bəyan etdi: Biz bu torpaqlara qayıdacaq və ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Veteranlarımızın və cəbhədə hərbçilərimizin əhval-ruhiyyəsi yüksəkdir. Tarixi zəfərlərlə dolu bu xalqa yalnız və yalnız Qələbə yaraşır. Qələbə bizimlədir. Mən əminəm ki, bütün ərazilərimiz işğaldan azad olunacaq”, - deyə general-polkovnik T.Ağahüseynov vurğulayıb.

Oxunub: 1