images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
General-polkovnik Zakir Həsənov general-polkovnik Tofiq Ağahüseynova təbrik məktubu ünvanlayıb.

Azərbaycan Respublikasınln Müdafiə Naziri general-polkovnik Zakir Həsənov Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynova təşkilatın yaranması günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda general-polkovnik Zakir Həsənov Təşkilatın sədrini və əməkdaşlarını Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaranması günü münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Məktubda Təşkilatın yarandığı gündən indiyə qədər dövlətimiz tərəfindən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində görülən mühüm işlərdə, gənclərimizin hərbi vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi işində fəal iştirak etdiyini vurğulayıb, eyni zamanda sağlam ruhlu gənclərin formalaşmasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının layiqli töhfələr verdiyini qeyd edib.

Oxunub: 11