Cümşüdov Əlikişi Mirzəmməd oğlu 1921-ci ildə Laçın rayonunun Aybazar kəndində anadan olub. Mozdokdan Berlinə qədər döyüş yolu keçən Əlikişi Cümşüdov üç dəfə yaralansa da yenidən səngərə qayıdıb.
Müharibədən sonra Daxili İşlər Nazirliyi nəzdində Latviya, Litva və Donbasda xidmət keçib.1946-cı ilin oktyabr ayından Laçın Rayon Daxili İşlər Şöbəsində bölmə komandiri təyin edilib. Dəqiqliyi, xidmətdəki nümunəvi fəaliyyəti ilə seçilib, kollektivdə hörmət-izzət sahibi olub.
1988-ci ildən təqaüddə olan Əlikişi Çümşüdov hər zaman gənclərə örnək olub.
Əlikişi Cümşüdov 44 günlük Vətən müharibəsini qürurla izləyirdi. Qələbə sevincini yenidən yaşadı, ata-baba yurdunun düşməndən alınması ilə...
Allah rəhmət eləsin.