images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Komandirini həyatı bahasına xilas edən Sovet İttifaqı Qəhrəmanı: Qafur Məmmədov!

Məmmədov Qafur Nəsir oğlu  05 mart 1922-ci il də  Bakıda dünyaya  göz açmış, 1941-ci ilin avqustunda hərbi xidmətə getmişdir. Zaqafqaziya cəbhəsində 56-ci ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edən matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir. 1942–ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minamyot heyətini məhv etmişdir. Həmin döyüşdə o, öz komandirini düşmən  atəşindən müdafiə edərək, özünü öz sinəsi ilə komandirini qoruyaraq qəhrəmancasına həlak olmuşdur.

 

Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilmişdir. Bakıda bir gəmiyə, bir küçəyə, bir parka və bir dənizçilik məktəbinə onun adı verilib, büstü qoyulub.

 

Qafur Məmmədovun adı digər qəhrəmanlar kimi, qədirbilən xalqımız tərəfindənd aim xatırlanır və uca tutulur.

Oxunub: 125