images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Tovuz döyüşlərinin ildönümü ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Bakı şəhəri rayonlarının təşkilat sədrlərinin iştirakı ilə tədbir keçirilib.

 

Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tovuz döyüşlərinin ildönümü münasibəti ilə bu döyüşlərin döyüşlərinin Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edib, düşmənə həmin döyüşlər zaman ciddi zərbələrin endirildiyini vurğulayıb.

 

Daha sonra Tovuz döyüşlərinin hərb tariximiz baxımından önəmi, böyük qələbənin əldə edilməsində rolu və s. kimi məsələlər müzakirə olunub, bir-birindən maraqlı çıxışlar səslənib.  

 

Tədbirin sonunda çıxış edən təşkilat sədri Fatma Səttarova Tovuz döyüşləri ilə Azərbaycan xalqının qəhrəman övladlarının şanlı bir tarix yazdığını, bu tarixin hər zaman böyük fəxrlə xatırlanacağını vurğulayıb.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Oxunub: 94