images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə aprel döyüşləri ilə bağlı kitab çap edilib

Veteran.gov.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə araşdırmaçı jurnalist-publisist Aida Eyvazlı Göytürkün 2016-cı ildə Aprel zəfərini qazanan qəhrəmanlarımıza həsr etdiyi ikicildlik "Qalibiyyət: şahidlər və şəhidlər " kitabı yenidən işıq üzü gördü.

 

Bu kitab Qələbəmizin ilk qaranquşları olan Aprel Şəhidlərimizə, Aprel Qalibiyyətinə həsr olunub. 2 cilddən ibarət kitabın 1-ci cildi 424 səhifə, ikinci cildi 440 səhifədir.

Kitabda Aprel döyüşlərində həlak olan şəhidlərimizin həyatına dair ətraflı həyat hekayətləri, eləcə də Aprel döyüşlərinin şahidlərinin gözləri ilə gördükləri döyüş səhnələri, Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə görüşləri yer alıb. Kitabdakı həyat hekayətlərinin içərisində qədim Azərbaycan tarixi, tariximizin məşəqqətli səhifələri, savaş tarixləri, zəfərləri, tarix boyu itirdiyimiz torpaqlar , görkəmli şəxsiyyətlər haqqında dəyərli məlumatlar da mövcuddur. 

"Qalibiyyət: şahidlər və şəhidlər " ikicildliyi Azərbaycan və Türk dünyasının qəhrəmanlıq tarixini özündə əks etdirir.

 

Kitab Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələrinə pulsuz hədiyyə ediləcəkdir.

 

Seymur ƏLİYEV

Oxunub: 71