images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
MDTF-nin maliyyə dəstəyilə “Letters from a Christian Bishop and a Muslim Scholar to the Earth” adlı kitab işıq üzü görüb

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyilə ADA Universitetinin professoru Nəriman Qasımoğlunun “Letters from a Christian Bishop and a Muslim Scholar to the Earth” (“Xristian yepiskopu və müsəlman alimindən Yer kürəsinə məktublar”) adlı kitabı nəşr edilib.

 

Kitabda müəllifin Britaniyanın məşhur ictimai və din xadimi, “Cəngavər” ordeni daşıyıcısı, Liverpul şəhərinin sabiq yepiskopu Ceyms Consla 2006-cı ilədən günümüzədək olan məktublaşmaları və məktublara istinad edilən çıxışları yer alıb.

 

Kitabda İslam və Xristianlıqda Yer kürəsinin, ətraf mühitin qorunmasına dair məsələlər teoloji müstəvidə işıqlandırılmaqla yanaşı, hər iki dini düşüncənin eko-teologiya mövzusunda qənaəti və yaxınlaşması öz əksini tapmışdır. Nəşr edilən kitab Azərbaycan-Böyük Britaniya mədəni əlaqələrinin inkişafına da töhfə verəcəkdir.

Oxunub: 61