images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Ordunu hədəf almaq, düşmən dəyirmanına su tökməkdir

“Orduya qarşı aparılan qarayaxma kampaniyası əsassızdır və kimlərinsə şəxsi maraqlarına xidmət edir” 

 

Bunu Moderator.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

 

Təhlükəsizliyimizin məhz Azərbaycan ordusu hesabına təmin edildiyinə diqqət çəkən C.Xəlilov, ordu haqqında böhtan və yersiz ittihamlar səsləndirməyin hər şeydən öncə mənəvi baxımdan yolverilməz olduğunu bildirib:

 

“Azərbaycanın təhlükəsizliyi, sərhədlərimizin toxunulmazlığı məhz ordumuzun, Silahlı Qüvvələrimizin hesabına təmin edilir. Əsgərlərimiz qışın soyuğunda, yayın istisində əldə silah ayıq-sayıq şəkildə ona görə xidmət aparırlar ki, heç bir məkirli düşmən xalqımızın rahatlığını, dövlətimizin riufahını pozmasın. Belə olan halda ordunu hədəf almaq, onu hansısa xırda məqsədlərə alət etməyə çalışmaq heç şübhəsiz ki, hər şeydən əvvəl bu kampaniyanın arxasında dayanan qüvvələrin mənəvi cılızlığından və səbatsızlığından xəbər verir. Kimsə onu öz həyatı bahasına qoruyan orduya ləkə yaxırsa, onun nüfuzunu kölgə salmağa çalışırsa, bu, hər şeydən əvvə onların mənəvi faciəsi və tənəzzülüdür. Çünki ordunu hədəf almaq, mahiyyət etibari ilə düşmən dəyirmanına su tökməkdir”.

 

Bu cür böhtan və qarayaxmaların nəticə verməyəcəyinə, xalqın orduya olan sevgi və inamını azaltmayacağını bildirən polkovnik, Azərbaycan cəmiyyətində orduya olan məhəbbət və inamın tam olduğunu vurğuladı:

 

“Son vaxtlar ordu haqqında irəli sürülən ittihamlar təəssüf doğursa da, bu kampaniyanın iştirakçısı və sifarişçisi olan qüvvələr bilməlidir ki, onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin orduya olan sevgi və məhəbbəti, inam və etibarı tamdır. Heç bir qüvvə bu inam və sevginin üzərinə kölgə sala bilməz. Buna ümid edən kəslərin məyus olacağı, öz əməllərinin acı nəticəsi ilə üzləşəcəyi gün uzaqda deyil”. 

 

Seymur ƏLİYEV

Oxunub: 1295