images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Prezident AÇIQLADI: Füzulidən Şuşaya YOL ÇƏKİLİR

"Biz artıq quruculuq işlərinə başlayırıq. Qarabağın tacı olan Şuşa şəhərinə aparacaq Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu yolun xüsusi əhəmiyyəti var. Çünki işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən ilk layihədir".

Publika.az xəbər verir ki, bunu Ali Baş Komandan, Prezident İlham Əliyev "Twitter" səhifəsində yazıb.

Ölkə başçısı bildirib ki, dağıdılmış şəhər və kəndlərimiz erməni faşizminin canlı şahididir:

"Hər şeyi dağıdıb, mədəni, tarixi, dini irsimizi silmək istəsələr də, buna nail ola bilməyiblər. Bütün dünya erməni vəhşiliyini görməli və səssiz qalmamalıdır. Dəymiş ziyan hesablandıqdan sonra şəhərsalma üzrə yerli və xarici mütəxəssisləri dəvət edəcək, yeni şəhərsalma planı quracağıq. Necə ki, torpaqlarımızı qaytardıq, üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik".

Oxunub: 11