images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Qəhrəman atanın vətənpərvər övladı

Həmzə Cümşüd oğlu Sadıqov 1915-ci il mayın 10-da Ağdam rayonunda anadan olub. İlk təhsilini də Ağdamda alıb. O, təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlir və 1938-ci il mayın 10-da ordu sıralarına çağırılır. 1940-cı ildə Birinci Kiyev artilleriya məktəbini bitirərək leytenant rütbəsi alır və 364-cü alayın batareya komandiri təyin olunur. O, müharibənin ilk günlərindən səngərdə dayanır, düşmənə sarsıdıcı zərbələr vurur. 1941-ci ildən Həmzə Sadıqov Cənub-Qərb, Don və Birinci Ukrayna cəbhələrində vuruşur və burada yaralanır. Bir müddət hərbi hospitalda müalicə alır. 1942-ci il mayın 20-də 76-cı diviziyada 122-ci qvardiya topçu alayının divizion komandiri təyin olunur. İgid həmyerlimizin döyüş şöhrəti də məhz bundan sonra başlayır.

Fon Rodenburq Stalinqrad cəbhəsində faşist işğalçılarının məğlub edilməsinin birinci səbəbini Bakı şəhərinin alınmaması və benzinin çatışmaması ilə əlaqələndirir. Tarixdən məlumdur ki, Adolf Hitlerin Bakının işğal planı 1942-ci ilin sentyabrın 25-də başa çatdırılmalı idi. Əgər bu əməliyyat uğurla həyata keçsəydi, İohan Fon Rodenburq Bakının komendantı təyin olunacaqdı. Lakin Hitlerin böyük arzusunu qafqazlı balası, azərbaycanlı Həmzə ürəyində qoyur. Hitlerin 8 kəşfiyyat generalının sırasında bu faşist canisinin xüsusi yeri olub. Təcrübəli alman generalını "Sadıqaşvili" ləqəbli gənc azərbaycanlı kəşfiyyatçı zabit Həmzə Cümşüd oğlu Sadıqov əsir tutub.

Həmzə Sadıqovun Stalinqrad cəbhəsindən sonra uzun və çətin cəbhə yolu başlayır. O, Praqanın, Budapeştin və Drezdenin azad olunması uğrunda gedən döyüşlərdə də xüsusi fədakarlığı ilə fərqlənir. Onun döyüşdə göstərdiyi igidliklər dövlət tərəfindən qiymətləndirilir. Həmzə Sadıqov çoxlu orden və medallarla təltif olunur.

Keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin Mərkəzi arxivindən alınmış 10 fevral 1978-ci il tarixli sənəddən xalqımızın qorxmaz oğlu Həmzə Sadıqovun döyüş rəşadətləri haqqındakı qeydləri oxuyuruq: "Stalinqrad yaxınlığında faşist işğalçılarının darmadağın edilməsində baş leytenant Həmzə Sadıqovun komandanlıq etdiyi batareya 200 alman əsgər və zabitini, 15 pulemyot, 20 taxta-torpaq atəş nöqtəsini və istehkamını, 6 müşahidə məntəqəsini, canlı qüvvə və hərbi ləvazimatla dolu olan 10 yük maşınını sıradan çıxarmışdır".

Qəhrəmanın oğlu Firdovsi Sadıqov atasının sənədlərini səliqə ilə saxlayır, həm də onun haqqında çoxlu arxiv sənədləri toplayıb. Sənədlərin bir hissəsini Volqoqrad dövlət müdafiə muzeyinə təqdim edib. Firdovsi Sadıqovun ağır sınaq illərində şərəfli döyüş yolu keçmiş hər bir Azərbaycan oğlunun və eləcə də atası Həmzə Sadıqovun həyatını  hər zaman araşdırmış, və gənc nəslə örkən olan qəhrəmanlarımızı Azərbaycan gəncliyinə tanıtmışdır. Respublika Veteranlar Təşkilatı ilə daim əməkdaşlıq edən Firdovsi Sadıqov Təşkilatın gördüyü işlərdə yaxından iştirak edir. Firdovsi Sadıqovun fədakar əməyi hər zaman Respublika Veteranlar Təşkilatının rəhbərliyi tərəfindən layiqincə qiymətləndirmişdir.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Rusiya Federasiyasının təsis etdiyi “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyik yubiley medalı”nı Firdovsi Sadıqova təqdim edildi.

Oxunub: 113