images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Qələbənin “bir addımlığında” əbədiyyətə qovuşan Sovet İttifaqı Qəhrəmanı: Məstan Əliyev!

Məstan Aslan oğlu Əliyev 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olub.

Kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cü ildə orduya xidmətə gedib.

 

Məstan Əliyev müharibə başladığı zamandan 47-ci ordunun tərkibində cəbhələrdə olub, Berlin ətrafında döyüşlərdə iştirak edib. 1944-cü ildə 143-cü atıcı diviziyasına göndərilib.

 

Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən biri 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilində oldu. Bu döyüşdə onun bölməsi 72 əsgər və zabitini əsir götürü, şəxsən özü isə 20 nəfərə qədər faşist məhv etdi. Məstan Əliyev 1945-ci il aprelin 23-də Berlin uğrunda döyüşlərdə həlak olub.

 

Məstan Əliyev 1945-ci il mayın 31-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Almaniyada dəfn edilən soydaşımızın adı doğma kəndindəki məktəbə verilib.

Oxunub: 122