images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatı Suraxanı rayonunda qazilərlə görüş keçirib

Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsi cari ilin 11 mart tarixində Suraxanı rayonunda I Qarabağ müharibəsi veteranları, o cümlədən Vətən müharibəsi qaziləri ilə görüş keçirib.

 

Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin rəhbərliyi və baş mütəxəssis Nəbi Hacıyevin iştirakı ilə keçirilən görüşdə Suraxanı  rayon VT-nın sədri Eldar Rüstəmov, 44 günlük Vətən müharibəsi iştirakçıları Namiq Rufullayev, Davud Əliyev, Həmid İsmayılov, Azad Sultanov, Həsən Paşayev və eyni zamanda birinci Qarabağ müharibəsinin veteranları iştirak edib.

 

Tədbirdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Suraxanı rayon VT-nın sədri Eldar Rüstəmov çıxış üçün Adil Haqverdiyevə söz verib. Öncə I Qarabağ müharibəsinə toxunan Adil Haqverdiyev, həmin dövrdə ordunun silah –sürsatın çatışmamazlığından, nizami ordu və vahid komandanlığın olmamasından danışıb və qeyd edib ki, məhz bu kimi amillər torpaqlarımızın müvəqqəti olaraq itirilməsinə səbəb olub.

 

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun şanlı qalibiyyətinə toxunan Adil Haqverdiyev, ordumuzla yanaşı, bütün xalqın bu çətin günlərdə  böyük birlik və fədakarlıq sərgilədiyini qeyd edib, 8 noyabr zəfərinin tarixi əhəmiyyətini vurğulayıb. Adil Haqverdiyev bundan sonra da veteranları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sıx birləşməyə səsləyib.

 

Daha sonra çıxış edən qazi Namiq Rufullayev də 8 noyabr zəfərinin əhəmiyyətinə toxunub, heç bir təxribatmı qüvvənin bu tarixi qələbənin üstünə kölgə sala bilmədiyini vurğulayıb.

 

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

Məlumat üçün qeyd edək ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsi mütəmadi şəkildə qazi və veteranlarla görüşlər keçirir, onların arzu və istəkləri ilə maraqlanır.

 

Seymur ƏLİYEV

Oxunub: 113