images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatı Daxili Qoşunları təbrik edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Daxili Qoşunlarının yaranmasının 29-cu ildönümü münasibəti ilə DİN-nin Daxili Qoşunlarının bütün şəxsi heyətini təbrik edib. Təbrik müraciətində deyilir:

 

“Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü, suvetrenliyi uğurunda gedən müharibələrdə yaxından iştirak edən, istər Birinci Qarabağ müharibəsi, istərsə də 44 gün davam edən Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atan DİN-nin Daxili Qoşunlarının yaranmasının 29-cu ildönümüdür. Bu tarixi gün münasibəti ilə Daxili Qoşunların bütün şəxsi heyətini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram.

 

Daxili Qoşunlar Birinci Qarabağ müharibəsinin gedişatında yaranan, döyüşlərdə möhkəmlənən, öz mövcudluğunu cəsarəti və qəhrəmanlığı ilə isbatlayan qoşun növüdür. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndləri uğrundakı döyüşlərdə iştirak edib. Bu döyüşlər zamanı çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev şəhid olublar. Hansı ki, onlar Daxili Qoşunların ilk şəhidləri hesab edilir və elə buna görə də həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyən edilib. I Qarabağ müharibəsi zamanı Daxili Qoşunların şəxsi  heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb.

 

Daxili Qoşunların Birinci Qarabağ müharibəsindəki qəhrəmanlığı, düşmənə qarşı əzmkar mübarizəsi ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, məhz ümummilli ldierin 9 mart 1995-ci il tarixli Fərmanı ilə 12 mart Daxili Qoşunlar Günü elan edilib.

 

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində də Daxili Qoşunlar işğaldakı torpaqlarımızın azad edilməsində fəal iştirak edib, misilsiz qəhrəmanlıqlara imza atıb. Möhtərəm prezidentimiz, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev tərəfindən Vətən müharibəsindəki qəhrəmanlıqlarına görə Daxili Qoşunların hərbçilərinin çoxsaylı orden və medallarla təltif edilməsi də bu həqiqətin ali isbatıdır.

 

Mən bu tarixi gün münasibəti ilə bir daha Daxili Qoşunları təbrik edir, onun bütün şəxsi heyətinə xidməti fəaliyyətində müvəffəqiyyətlər arzulayıram. Daxili Qoşunlar və onların ərazi bütövlüyümüz uğrundakı mübarizəsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir və bu tarix hər zaman qürur hissi ilə xatırlanacaq”.

 

Seymur ƏLİYEV

Oxunub: 89