images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatı Milli Məclis sədrini təbrik edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 8 Mart və Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin sədri, Sahibə xanım Qafarovaya təbrik ünvanlayıb. Təbrikdə deyilir:

 

“Hörmətli Sahibə xanım.

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Sizi qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibəti ilə təbrik edir,

dövlət qanunvericiliyimizin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

 

Əminik ki, Milli Məclisin sədri kimi bundan sonrakı fəaliyyətiniz də  ölkəmizdə hüquqi bazanın möhkəmlənməsinə, mövcud qanunvericiliyinin müasir tələblərə əsasən daha da təkmilləşdirilməsinə böyük töhfə verəcək, Azərbaycanın hüquqi dövlət imicinin möhkəmlənməsində mühüm rol oynayacaq.

 

Hörmətli Sahibə xanım!

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bir daha sizi və sizin timsalınızda Milli Məclisin bütün xanım əməkdaşlarını təbrik edir, şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq”.

 

 

Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Böyük Vətən Müharibəsi və Əmək veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova

Oxunub: 121