images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatı Qaradağ rayonunda qazilərlə görüş keçirib

Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan  polkovnik Adil Haqverdiyev martın 5-də Qaradağ rayonunda 44 günlük Vətən müharibəsi qaziləri ilə görüş keçirib. RVT-nin Qaradağ rayon təşkilatının sədri Əli Məmmədov, sədr müavini Paşa Məmmədov, Qaradağ rayon QMƏŞA sədri Maqsud Heybətov, ehtiyatda olan baş leytenant Sədi Namazov, baş gizir Niyazi Əhmədov və digərlərinin də iştirak etdiyi görüşdə, ilk öncə vətən uğrunda şəhid olan hərbçilərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra çıxış edən Adil Haqverdiyev 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, bu qəhrəmanlıqların tariximizin qızıl səhifələrini təşkil etdiyini vurğulayıb. Şöbə müdiri bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən müasir ordu quruculuğu prosesi, prezident İlham Əliyevin hakimiyyəti dönəmində də uğurla davam etdirilməkdədir. A.Haqverdiyev qeyd edib ki, məhz müasir ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu düşmən üzərində parlaq qələbə qazanıb, işğaldakı torpaqlarımızı azad edib.

 

A.Haqverdiyevdən sonra çıxış edən digər tədbir iştirakçıları da ordumuzun Vətən müharibəsindəki şanlı qələbəsinə diqqət çəkib, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini qeyd ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

Seymur ƏLİYEV

Oxunub: 140