images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatı Teymur Əhmədovun vəfatı ilə bağlı başsağlığı verib

"Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov vəfat edib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bununla bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verib, səbr diləyib. Başsağlığı müraciətində  vurğulanır ki, Teymur Əhmədov peşə fəaliyyəti dövründə ölkə jurnalistikasının inkişafına mühüm töhfələr verib, hər zaman mili maraqların, dövlətçilik maraqlarının keşiyində dayanıb. Şəhid ailələri, qazi və veteranlarla bağlı məsələlərə xüsusi həssaslıqla yanaşan Teymur Əhmədov, veteranlarla əlaqədar çoxsaylı  tədbir və görüşlərin işıqlandırılmasında, onların arzu və istəklərinin əlaqədar qurumların diqqətinə çatdırılmasında, veteranlara dövlət dəstəyi ilə bağlı layihələrin ictimailəşməsində mühüm rol oynayıb. Bu səbəbdən də Teymur Əhmədov sadəcə yaxınlarının, media nümayəndələrinin, ictimai-siyasi fəalların deyil, eyni zamanda veteranların qəlbində hər zaman yaşayacaq, dərin hörmət və ehtiram hissi ilə yad ediləcək.

 

Məlumat üçün qeyd edək ki, Teymur Əhmədov 1995-ci ildən "Respublika" qəzetinin baş redaktoru olub.

Oxunub: 107