images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatı Xəzər rayonunda qazilərlə görüş keçirib

Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev Xəzər rayonunda qazilərlə görüş keçirib.

 

Veteran.gov.az xəbər verir ki, 12 mart 2021-ci il tarixində keçirilən tədbirdə Xəzər rayon VT nin sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov, Xəzər rayon İkinci Qarabağ Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Səfa Əliyev, 44 günlük Vətən Müharibəsi iştiakçıları Nurlan Şıxəliyev, İlham Məmmədyarov, Mikayıl Zeynalov, Birinci Qarabağ müharibəsi veteranları Tahir Abdullayev, Əliqulu Məmmədov və başqaları iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Xəzər rayon Veteranlar Təşkilatının sədri Səxavət Məcnunov Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahovun müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

 

Daha sonra çıxış edən Adil Haqverdiyevin təşəbbüsü ilə vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədrin müavini, polkovnik Cəlil Xəlilovun salamını tədbir iştirakçılarına çatdıran Adil Haqverdiyev, Vətən müharibəsi iştiakçıları ilə yaxından tanış olub. Azərbaycanın 44 günlük müharibədə düşmənlərə öz “Dəmir yumruğu”nu göstərdiyini bildirən Adil Haqverdiyev, ordumuzun bundan sonra da hər cür təxribatı qətiyyətlə dəf edəcəyini vurğulayıb.

 

Daha sonra çıxış edən edən Xəzər rayonu VT-nin sədr müavini Samir Məmmədov Respublika Veteranlar Təşkilatının qazilərlə bu cür görüşlərini müsbət qiymətləndirib, bunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərdiyini qeyd edib.

 

Xoş ovqat şəraitində keçən tədbirin sonunda xatirə şəkli çəkilib.

 

Seymur ƏLİYEV

Oxunub: 98