images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin toplantısı keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin toplantısı keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov son yarım ildə təşkilat tərfindən  görülən işlərin miqyas və mahiyyətinə diqqət çəkib. Polkovnik qeyd edib ki, Respublika Veteranlar Təşkilatı dövlətimizin siyasətinə uyğun olaraq veteranlarla bağlı hər bir məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır, öz fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəltmək istiqamətində konkret adımlar atır.

 

Daha sonra Respublika Veteranlar Təşkilatının şöbə müdirləri görülən işlərlə bağlı hesabat verib, gələcək fəaliyyətlə bağlı maraqlı təkliflər səsləndiriblər.

 

Tədbirin sonunda çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan ordusunun, Ali Baş Komandanın 44 günlük müharibədə böyük fədakarlıqlar göstədiyini vurğulayıb, hər bir vətəndaşın ölkə başçısnın ətrafında bundan sonra da sıx birləşməsinin vacibliyini qeyd edib.

 

Tədbirin sonunda veteranları maraqlandıran suallara cavab verilib, xatirə şəkli çəkilib.

 

Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

 

Oxunub: 338