images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin növbəti iclası keçirilib..

02.02.2021-ci il tarixində Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin növbəti iclası keçirildi. Təşkilatın sədri II Dünya müharibəsi veteranı Fatma xanım Səttarova iclası açdı, gündəlikdə duran məsələr barəsində məlumat verdi.

 Respublika Veteranlar Təşkilatının fəaliyyətinin perspektivləri, Təşkiklatın üzərinə düşən vəzifələrin daha məhsuldar formada təşkil edilməsi məsələləri ətrafinda çıxışlar oldu.

Təşkilatın fəaliyyətinin səmərəli təşkili, günün tələblərinə uyğunlaşdırılması üçün təkliflər dinlənildi. Gündəlikdə duran bəzi məslələrin dərhal həll edilməsi istiqamətində müvafiq göstərişlər verildi.

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında üzvlər yekdilliklə qaldırılan məsələlərin həll edilməsinin vacibliyini vurğuladılar

Oxunub: 198