images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatının dövlətimizin inkişafına verdiyi tövhələr danılmazdır

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov 29 oktyabr 2019-cu il tarixində bir qrup fəal veteranla görüş keçirib. Görüşdə İkinci Dünya müharibəsində Qələbənin 75 illik yubileyinə hazırlıq, respublikamızda sabitliyin pozulmasına yönəlmiş uğursuz cəhdlərin qarşısının alınmasında vətəndaş həmrəyliyi, təşkilat tərəfindən həyata keçirilən tədbirlər və gündəlikdə duran digər məslələr müzakirə edilib.

Çıxış edən general-polkovnik Tofiq Ağahüseynov respublikamızda həyata keçirilən quruculuq işlərindən, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə atılan addımlardan, ordumuzun gündən günə artan qüdrətindən və siyasi meydanda Ermənistanın məğlubiyyətindən danışdı. “Son günlərdə sabitliyin pozulmasına  yönəlmiş hərəkətlər sabitliyimizə qarşı törədilmiş təhdiddir. Bu cür mənfi halların tez bir zamanda qarşısının alınması göstərdiki Azərbaycan xalqı dövlətinin yanındadır. Hər zaman olduğu kimi bu dəfədə xalq- hakimiyyət birliyi sübut olundu”.

Təşkilatın sədri Qələbənin 75 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı tapşırıqlar verdi, yerli icra hakimiyyəti orqanları və digər dövlət qrumları ilə bu məsələlərdə yaxından əməkdaşlıq etməyin vacibliyi vurğulandı. 

Görüşdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Respublikamızda həyata keçirilən sosial iqtisadi islahatlardan, beynəlxalq aləmdə artan nüfuzundan və siyasi arenada əldə olunan növbəti qələbələrdən danışdı. Respublikanın inkişafına veeteranların verdiyi tövhələrdən, xüsusən də gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində veteranların fəaliyyətindən danışdı. Təşkilatın işinin növbəti mərhələ üçün aktual problemlərinə diqqət çəkdi.  işlərinin yüksək səviyyədə davam etdiriləcəyinə inam ifadə etdi.

Daha sonra veteranları maraqlandıran suallar cavablandırıldı. Respublikamızda veteranların gənclərin vətənpərvərlik tərbiyəsində rolunun daha da artacağı bildirildi.  Təşkilatı işlər müzakirə edildi.

Oxunub: 84