images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatının nümayəndələri general-mayor Polad Həşimovun ailəsini ziyarət edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun tapşırığına əsasən, qurumun hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayeva Qəbələ Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin baş məsləhətçisi Arzu Rəsulov və Vəndam qəsəbə icra nümayəndəliyinin müavini Xəyal Rəsulzadənin iştirakı ilə Qəbələnin Vəndam kəndində anadan olmuş, Ermənistanla sərhədin Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər.

Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, ailə üzvlərinin qayğıları ilə maraqlanan nümayəndələr Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun başsağlığını şəhid ailəsinə çatdırıblar.

Söhbət zamanı şəhid general-mayor Polad Həşimovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Respublika Veteranlar Təşkilatının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, general-mayor Polad Həşimov Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olub. O, ikinci Fəxri xiyabanda dəfn edilib.

Prezident İlham Əliyevin general-mayor Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tapşırığına əsasən Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə onun adı verilib.

Oxunub: 51