images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatının sədri xanım əməkdaşları təbrik etdi

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq tədbir keçirilib.

 

Pandemiyaya qarşı mübarizə qaydaları çərçivəsində keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bayram münasibəti ilə qadınları təbrik edib, onların dövlətimizin inkişafındakı roluna, cəmiyyətdəki önəminə diqqət çəkib.

 

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri  Fatma Səttarova da qadınları 8 mart münasibəti ilə təbrik edib, tarixin bütün dönəmlərində Azərbaycanın qadınının ön və arxa cəbhələrdə fədakarlıqla çalışdığını, xalqımızın, dövlətimizin inkişafı üçün hər hansı fədakarlıqdan çəkinmədiyini bildirib. Həmçinin, qeyd olunub ki, Böyük Vətən Müharibəsi iştirakçısı olan xanımlara bayran münasibəti ilə təbrik məktubu ünvanlanıb.

 

Xoş ovqat əsnasında keçən tədbirdə Respublika Veteranlar Təşkilatının xanım əməkdaşlarına gül dəstələri təqdim edilib, xatirə şəkli çəkilib.

Oxunub: 142