images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatınında II Dünya müharibəsində və Azərbaycan ictimai-siyasi həyatında xüsusi xidmətləri olan şəxslərin övladları ilə görüş keçirilib

Respublika veteranlar Təşkilatının sədri Fatma xanım Səttarova II Dünya müharibəsinin Azərbaycan tarixininə qızıl hərflərlə yazıldığını bildirdi. F.Sattarova “Bu gün müharibənin bitməsinini 76-cı ildönümünu qeyd edəcəyik, bu uzun müddətdir, lakin müharibə hələdə unudulmayıb, hər birimizə təsiri davam edir. II Dünya müharibəsi qəhrəmanlıq tariximizdi. Bizim üçün bu tarix yenidən təkrarlandı, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə xalqımızın mübarizlik əzminin, əyilməzliyinin, ədalətsizlik və faşizmlə heç bir zaman barışmazlığının bir daha sübütu oldu”.

Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov İkinci Dünya Müharibəsində Azərbaycan oğullarından Qələbənin əldə edilməsində qəhrəmanlığı ilə seçilən Tofiq İsmayılov kimi övlad yetişdirmiş Kazım İsmayılov, minlərlə yaralını həyata qaytarmış, Berlinə qədər şərəfli döyüş yolu keçmiş göstərdiyi rəşadət və şücaətə görə bir sıra orden və medallara layiq görülən Əli Bakıxanovun və Azərbaycan SSRİ əməkdar incəsənət xadimi, 1941-1945-ci illər müharibəsdə dəfələrlə fərqləmiş və uzun müddət Bakı şəhər Sovetinin deputatı olmuş İbrahimov İsaq və onların timsalında 700 mindən artıq oğul, qızlarımızın bu gün də fəxr və iftixarla xatırlandığını bildirdi. Övladlarının onların qəhramanlıq yolunu daim xatırladığını və layiq olduğunu hər zaman sübut etdiyini qeyd etdi.

Cəfərova Lalə İshaq qızı, Bakıxanov Arifə Əli qızı və  İsmayılova Səbinə Tofiq qızı (İsmayılov Kazımın nəvəsi) 1941-1945-ci illər II Dünya müharibəsinin unudulmayacağını və tariximizin gələcəyimizi işıqlandırdığını bildirdilər. Onlara Respublika Veteranlar Təşkilatında göstərilən etimada görə təşəkkür etdilər.

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Rusiya Federasiyasının təsis etdiyi “II Dünya müharibəsində Qələbənin 75 illik yubiley medalı”nı qonaqlara təqdim etdi. Onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.

Daha sonra çay süfrəsi ətrafıda səmimi söhbət davam etdirildi.

 

 

Oxunub: 137