images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatında Prezident İlham Əliyevin Nizami Gəncəvi Mərkəzi beynəlxalq platformasındakı çıxışına həsr edilən tədbir keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mayın 21-də videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr, həmin müzakirələr zamanı səslənən fikirlər və onlardan irəli gələn vəzifələrlə bağlı tədbir keçirilib.

 

Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Veteranların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkə başçısının sözügedən tədbirdə səsləndirdiyi fikirləri geniş şərh edib, bu çıxışda irəli sürülən mülahizələrin sadəcə Azərbaycanın deyil, ümumilikdə regionun gələcəyi baxımından mühüm önəm kəsb etdiyini bildirib:

 

“30 illik işğal faktının bütün regionda sülh və tərəqqinin inkişafına mənfi mənada təsir göstrərdiyi, ciddi  problemlərə səbəb olduğu məlumdur. Qürurvericidir ki, 30 ilə yaxın müddətdən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğaldakı torpaqları azad etdi, dövlətimizin ərazi bütövlüyü təmin olundu.

 

Bu gün regionda inkişaf və əməkdaşlıq üçün yeni perspektiv açılıb. Ölkə başçısı mayın 21-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi müzakirələr zamanı da bu məsələyə diqqət çəkdi. Prezident qeyd etdi ki, məhz erməni işğalı son 30 ildə regionda sülh və əməkdaşlıq üçün əsas maneə təşkil edir, ciddi problemlər yaradırdı. Lakin artıq bu problem ortadan qalxıb. Azərbaycanın 44 günlük Vətən müharibəsi Qafqaza, bütün regiona sülh gətirib”.

 

Cəlil Xəlilov qeyd edib ki, Ermənistanın işğal siyasəti onun özü üçün acınacaqlı nəticələrə səbəb olub:

 

“Məsələ bundadır ki, Ermənistanın işğal siyasəti onu bütün regional iqtisadi layihələrdən kənarda qoyub. Bu gün Ermənistan böhrandan çıxmaq, normal iqtisadi inkişafa nail olmaq istəyirsə, Azərbaycanın sülh və əməkdaşlıq səylərini dəstəkləməli, təxribatçı və məkirli addımlardan imtina etməlidir. Ermənistan anlamalıdır ki, regionda əməkdaşlıq hər kəsdən daha çox onun özü üçün gərəklidir. Çünki bu gün Ermənistanın necə ağır bir böhranla üzləşdiyi bütün dünyaya məlumdur”.

 

Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov  da Vətən müharibəsindən sonra regionda əməkdaşlıq üçün geniş imkanlar yarandığını, bu imnkanları düzgün dəyərləndirmək üçün bütün region dövlətlərinin prezident İlham Əliyevin səylərini dəstəkləməsinin vacib olduğunu qeyd edib.

 

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının filial sədrləri də Prezident İlham Əliyevin sülh və əməkdaşlıq səylərinin bütün regionun bugünü və gələcəyi baxımından həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Oxunub: 178