images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatında Respublika Günü ilə bağlı tədbir keçirilib

Dünən Respublika Veteranlar Təşkilatında  28 may – Respublika Gününə həsr edilən tədbir keçirilib. Bütün kateqoriyadan olan veteranların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Respublika Gününün önəmindən bəhs edib:

 

“Respublika Günü Azərbaycanın dövlətçilik tarixindən ən mühüm, ən şanlı günlərdən biridir. Məhz bu gün Azərbaycan öz müstəqilliyini əldə edib. Azərbaycan xalqı azad yaşamaq, müstəqil fəaliyyət göstərmək arzusunu reallığa çevirib. Lakin təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində əldə edilən bu müstəqiliyin ömrü elə də uzun olmadı.

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşdu. Lakin ağır iqtisadi-siyasi böhran, daxili gərginlik, Ermənistanla qarşıdurma fonunda əldə edilən bu müstəqilliyin dayqaları o qədər də möhkəm deyildi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın müstəqilliyi möhkəmləndi, onun iqtisadi, hərbi əsasları gücləndirildi. Heydər Əliyev Azərbaycanı müstəqil dövlət kimi bütün dünyaya tanıtdı”.

 

Cəlil Xəlilov prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndiyini qeyd edib:

 

“Azərbaycanın müstəqilliyinin Ali Baş Komandan, prezident İlham Əliyevin hakimiyyəti dönəmində daha da möhkəmləndiyi birmənalıdır. Ölkə başçısı uzunmüddətli gərgin əməyi sayəsində Azərbaycanı istər iqtisadi-siyasi, istər hərbi, istərsə də mədəni baxımdan bütün regionun lider dövlətinə çevirə bilib. Bu gün Azərbaycan öz uğurları, nailiyyətləri ilə dünyanın bir çox ölkəsinə nümunədir.

 

Əminəm ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, düşmən üzərində əldə edilən şanlı qalibiyyət ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, müstəqilliyimizi daha da gücləndirəcək, bu mühüm işə öz töhfəsini verəcəkdir”.

 

Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Oxunub: 205