images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümü Nizami rayonunda qeyd olunub

Respublika Veteranlar Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 iyun 2021-ci il tarixində  Nizami  rayonunda tədbirdə iştirak  edib.

 

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günunə həsr edilən tədbir Nizami Rayon İcra Hakimiyyətinin akt zalında baş tutub. Tədbirdə Nizami rayon VT-nın sədri Yəhya Ağayev, müavini  Nəcəf Ağayev, Birinci Qarabağ müharibəsi döyüşçülərindən “Azərbaycan Bayrağı Ordeni”-nə layiq görülən Məhəd Tağıyev, Mübariz Məmmədəliyev, Hacı Ramiz, Azad Hüseynov, Aydın Qafarov, 44 günlük Vətən müharibəsi döyüşçülərindən Sübhan Abdullazadə,Tural Əlizadə və digər veteranlar iştirak edib.

 

Tədbiri Nizami rayon VT-nın sədri Yəhya Ağayev açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz polkovnik Adil Haqverdiyevə verilib. Polkovnik 103 il əvvəl yaradılan ordumuzdan, ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb.

 

O, bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın istəyi və tələbi ilə Ulu Öndər Heydər Əliyev  ikinci dəfə hakimiyyətə gəldikdən sonra ordu quruculuğu istiqamətində ciddi addımlar atıb, müasir Azərbaycan ordusunun memarına çevrilib.

 

Adil Haqverdiyev bildiirb ki, 44 günlük Vətən müharibəsi və “Dəmir yumruq” əməliyyatı Azərbaycan ordusunun nə qədər güclü və yenilməz olduğunu göstərdi.

 

Polkovnik çıxşının sonunda şəhidlərə rəhmət diləyib, veteranlara cansağlığı arzulayıb.

 

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Oxunub: 96