images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü Nəsimi rayonunda qeyd olunub

Respublika Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 22 iyun 2021-ci il tarixində  Nəsimi  rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günunə həsr edilən tədbir keçirib.

 

Tədbirdə Nəsimi  rayon VT-nın sədri Validə Vəliyeva, 44 günlük Vətən   müharibəsi    döyüşçüləri  Mətləb Əhmədov,  Rövşən Rzayev, Nifi Məmmədov,Elçin Əhmədov, Birinci Qarabağ veteranı Taryel Eyvazov və digər qonaqlar iştirak edib.

 

Tədbiri Nəsimi  rayon VT-nın sədri Validə Vəliyeva  açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib.

 

Daha sonra çıxış edən polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycan ordusunun yaranma tarixindən bəhs edən polkovnik Adil Haqverdiyev, tarixin bütün dönəmlərində Azərbaycan xalqının dünya hərb səsnətinə böyük sərkərdələr bəşx etdiyini bildirib.

 

Polkovnik qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan ordusu durmadan inkişaf edir. Azərbaycan xalqı öz müzəffər ordusu ilə, onun başında duran Ali Baş Komandan İlham Əliyevlə qürur duyur.

 

Qarabağ veteranı Taryel Eyvazov da öz çıxşında Azərbaycan ordusunun mövcud durumundan bəhs edib, 44 günlük Vətən müharibəsinin xalqımızın tarixində yeni dönəmin əsasını qoyduğunu bildirib.

Oxunub: 99