images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Tariximizin dönüş anı – 15 İyun - Qurtuluş günü

İyun ayının 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 15 İyun - Qurtuluş gününə həsr edilmiş tədbir həyata keçirilib. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələri iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. video

ü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Milli Qurtuluş günü barədə giriş nitqi ilə çıxış edərək  15 iyun gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, hər bir xalqın milli oyanış, yaddaşa qayıdış, əbədi istiqlaliyyət tarixində unudulmaz anları olur.  Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan ən önəmli günlərdən biri də 1993-cü il 15 iyun tarixidir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü həm də böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlayıb, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm fəaliyyətin əsası qoyulub. Vətənini, xalqını sevən, həmin çətin günlərin dəhşətlərini yaşayan insanlar üçün iyunun 15-i Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyinin qorunmasında, parlaq gələcəyinin təmin edilməsində müstəsna rol oynayan, daim xalqına dayaq olan dahi şəxsiyyət - Heydər Əliyevdir. Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk edilib. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizi məhv olmaqdan xilas etməsi, güclü, inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi olub. Bugünkü uğur və nailiyyətlərimiz də məhz dahi şəxsiyyətin adı ilə bağlıdır.

Daha sonra Təşkilatın sədr müavini Cəlil Xəlilov çıxışını davam etdirərək bildirdi ki, İkinci Dünya müharibəsi veteranları ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin şahidləridir. Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan veteranlara dövlət qayğısı siyasətinin Azərbaycanda müasir mərhələdə daha da inkişaf etdirilib. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul edilən “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmış diqqət və qayğı dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə daha da genişləndirilib. Müntəzəm imzalanan dövlət proqramları və sərəncamlar əsasında müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara Prezident təqaüdünün verilməsi, hər il 9 May – Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək məbləğdə birdəfəlik maddi yardım edilməsi və başqa xeyirxah işlər bunun parlaq sübutlarıdır. Odur ki, veteranlar Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyurlar.

Çıxış edənlər ötən əsrin 90-cı illərinin ictimai-siyasi hadisələrindən, 1993-cü ilin iyununda respublikamızda yaranmış ağır ictimai-siyasi vəziyyətdən, belə bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışdılar. Şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyev olduğunu, Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi olduğunu vurğuladılar. Yaxın gələcəkdə qəhrəman Azərbaycan əsgərinin üçrəngli bayrağımızı hazırda işğal altında olan bütün ərazilərimizdə dalğalandıracağına inandıqlarını bildirdilər.

Oxunub: 147