images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Tremlya qalibiyyətinin baş memarı olan Sovet İttifaqı Qəhrəmanı: Cəmil Əhmədov!

Sovet İttifaqı Qəhrəmanı  Əhmədov Cəmil Məhəmməd oğlu Cəbrayılın mərkəzində dünyaya göz açıb və 1942-ci ildə orduda xidmətə gedib. Hərbi məktəbdə təhsilini başa vuraraq leytenant rütbəsi aldıqdan sonra Belarusiyanın azad edilməsi üzrə döyüşlərdə fəal iştirak edib.

 

Qvardiya leytenantı Cəmil Əhmədovun komandir olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdir.

 

Bundan iki ay sonra 1944-cü ilin 2 senttyabrında Polşa ərazisində həlak olub və Varşavada Sovet döyüşçülərinə aid qəbirstanlıqda dəfn edilib. Sovet İttifaqı Qəhrəmanı fəxri adı isə ona 1945-ci ilin 24 martında verilib.

 

Cəbrayılda məktəb və bir küçə onun adını daşıyır.

 

Cəmil Əhmədov yazıçı Sabir Əhmədovun qardaşıdır.

 

Oxunub: 190