images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Vətən müharibəsi iştirakçısı olan idmançı gənclərlə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, martın 18-də Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş bir qrup idmançı gənclərlə görüş keçirilib.

 

Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılan tarixi Qələbənin gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılması idi. Tədbirdə ilk öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Daha sonra Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Birinci Qarabağ müharibəsinin veteran iştirakçısı, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Siyəzən rayon şöbəsinin sədri Nəbi Əliyev dəyirmi masa ətrafında çıxış edərək ilk öncə 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Qələbə münasibətilə iştirakçıları təbrik edib, əsl vətəndaşlıq və vətənpərvərlik nümunəsi göstərərək döyüşlərdə şücaət və fədakarlıq nümayiş etdirdiklərinə görə onlara öz təşəkkürlərini bildiriliblər. Qeyd olunub ki, Vətən müharibəsində qələbənin qazanılmasında Siyəzən gəncləri də böyük rəşadət və qəhrəmanlıq göstəriblər. Ölkəmizin digər bölgələrindən olan gənclər kimi Siyəzən gəncləri də yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Müddətli hərbi qulluqda olanlarla yanaşı cəbhəyə getmək üçün yüzlərlə könüllü gənc döyüşlərdə iştirak etmək üçün müraciət edib. Qismən səfərbərlik və könüllülük çağırışına 300-ə qədər gənc qoşulub. Qələbə ilə başa vurduğumuz Vətən müharibəsində 20 siyəzənli gəncimiz şəhid olub. 100-ə yaxın siyəzənli gənc yaralanıb. 130-dan çox müharibə iştirakçısı olan gəncimiz müxtəlif orden və medallara layiq görülüb.

 

Tədbirin sonunda döyüşlərdə fəal iştirak etdiyinə görə idmançı gənclər idarə tərəfindən fəxri fərmanlarla təltif edilib və xatirə şəkli çəkdirilib.

 

Tədbir “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2 və 5.1.10 yarımbəndlərinin icrasının təmin olunması ilə əlaqədar xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunub.

Oxunub: 101