images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Veteran.gov.az-ın baş redaktoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müsabiqəsində birinci oldu

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan edilən yazı müsabiqəsinin nəticələri məlum olub.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, jurnalist Seymur Əliyev müsabiqədə birinci yerə layiq görülüb. Xatırladaq ki, Seymur Əliyev Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının mətbu orqanı olan veteran.gov.az saytının baş redaktorudur.

 

Aytən Abdulova (Azərbaycan Televiziyası) və Sevinc Qarayeva (525-ci qəzet) II, Səid Qərib (Report İA), Günay Elşadqızı (APA İA), Pərviz Sadayoğlu (“Yeni Azərbaycan” qəzeti) III yerlərə, Təbriz Vəfalı (Azim.az), Elnurə Abuşova (Azadmedia.az), Lalə Mehralı (TvPress internet qəzeti), Ülvi Səfərov (Oxu.az), Orxan Hüseynov (Baku.ws) və Törəxanım Zeynallı (Azvision.az) həvəsləndirici mükafatlara layiq görülüblər.

 

Oxunub: 141