images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Ziya Bünyadovun nəvəsi Respublika Veteranlar Təşkilatını ziyarət etdi

Bu gün Sovet İttifaqı Qəhrəmanı, dünya şöhrətli tarixçi alim Ziya Bünyadovun nəvəsi Əli Bünyadov Respublika Veteranlar Təşkilatını ziyarət edib.

 

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və təşkilatın sədr müavini Cəlil Xəlilovla görüşən Əli Bünyadov qəbula görə Təşkilat rəhbərliyinə öz təşəkkürünü bildirib, Ziya Bünyadov haqqında xatirələrindən söz açıb.

 

Ziya Bünyadovun faşizmə qarşı mübarizəsindəki xidmətlərinə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, onun sadəcə silahı ilə deyil, həm də qələmi ilə düşmənlərə qarşı mübarizə aparıdğını vurğulayıb. Fatma Səttarova qeyd edib ki, Ziya Bünyadov Azərbaycana bütün dünyada şöhrət gətirən, onun adını ucaldan dəyərli ziyalılardan olub və onun adı tariximizdə hər zaman iftixar hissi ilə çəkiləcək.

 

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov da Ziya Bünyadovun faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını, Azərbaycanın müstəqilliyindən sonra erməni faşizminə qarşı da eyni qətiyyətlə mübarizə aparıdğını vurğulayıb.

 

Daha sonra Əli Bünyadov Respublika Veteranlar Təşkilatnın fəaliyyəti ilə ətraflı tanış olub.

 

Sonda görkəmli alimin nəvəsinə "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı təqdim olunub.

 

Seymur ƏLİYEV

Oxunub: 196