Xəbərlər

Veteranlar şəhid leytenant Sərvan Göyüşovun ailəsini ziyarət edib
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Ağdam Rayon Təşkilatının nümayəndələri 16 yanvar 2023-cü il tarixində 44 günlük Vətən Müharibəsi şəhidi leytenant Göyüşov Sərvan Mehman oglunun ailəsini ziyarət edib, ailənin qayğı və problemləri ilə maraqlanıb. Dövlətin bütün şəhid ailələri kimi onlara da böyük qayğı və diqqətlə yanaşdığını bildirən şəhidin ailə üzvləri, buna görə ölkə başçısına öz təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, şəhidimizin atası Mehman Göyüşov da I Qarabağ müharibəsi əlilidir. Mehman Göyşovun qardaşı isə I Qarabağ müharibəsində şəhid olub.
Seymur ƏLİYEV
Son xəbərlər
23.03.23