Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Beynəlxalq əlaqələr

Çoxtərəfli əlaqələr

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ümumdünya Veteranlar Federasiyasının Baş Assambleyasının 11 noyabr1997-ci il tarixli iclasında Ümumdünya Veteranlar Federasiyasına üzv qəbul edilmişdir. Sülh Əsgərləri Beynəlxalq Assosiyasiyası Azərbaycan təmsilçisini yüksək mükafata layiq görmüşdür Sülh Əsgərləri Beynəlxalq Assosiyasiyasının təşəbbüsü ilə İsveçrənin Cenevrə şəhərində 31 May "Sülh Əsgərləri" Beynəlxalq günü münasibətilə növbəti sülh konfransı keçirilmişdir. BMT-nin Cenevredəki mənzil-qərargahında BMT-nin Baş Katibinin iştirakı ilə baş tutmuş bu mühüm tədbirdə Azərbaycanı Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil etmişdir. Tədbidə BMT rəsmiləri, müxtəlif ölkələrin İsveçrədəki səfirləri, Daimi Missiyaların nümayəndələri, jurnalistlər, QHT nümayəndələri iştirak etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd müxtəlif beynəlxalq nümayəndə heyətlərini bir araya gətirməklə beynəlxalq sülhün qorunmasına, xalqlar arsında münasibətlərin qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində qurulmasına dəstək olmaqdır. Tədbir ərəfəsində məruzə ilə çıxış edən Cəlil Xəlilov İkinci dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakından, qanlı döyüşlərdə 350 mindən çox soydaşımızın həyətlarını itirməsindən, ölkəmizin cəbhəni neft, silah-sursat, digər hərbi təhcizatlar, ərzaq, geyimlə təmin etməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişdir. Ölkəmizdə 9 may Qələbə gününün hər il böyük təntənə ilə qeyd edildiyini, bu bayramda Azərbaycanın dünyaya sülh, əmin-amanlıq mesajları çatdırmasını vurğulayan C.Xəlilov tədbir iştirakçılarlnln diqqətini qonşu Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı davam edən təcavüzkarlıq, işğalçılıq siyasətinə, erməni faşizminin dəhşətli nəticələrinə yönəltmişdir. O, bu ölkənin hazırda yaşadığı gərgin sosial-psixoloji durumun məqsədli şəkildə qonşularına, xüsusilə Azərbaycan və Türkiyəyə qarşı yönləndirildiyini, müasir dünyada bunun yolverilməz olduğunu bildirmişdir. C.Xəlilov demişdir: “Artıq 26 ildir ki, Ermənistan tərəfi 20 faizdən çox Azərbaycan ərazisini işğal altında saxlayır. BMT-nin işğal altındakı torpaqların qeyd-şərtsiz azad olunması barədə qəbul etdiyi 4 qətnamə 25 ildir ki, icra edilmir. Bu isə Ermənistana özünün təcavüzkarlıq, işğalçılıq siyasətini daha açıq və arxayın şəkildə davam etdirməsinə şərait yaradır. Ermənilər bunla da kifayətlənmir, alman faşizminə xidmət göstərmiş erməni cəlladlarının bəraətinə çalışır, faşizmin yaşadılması üçün yalnız qonşu əraziləri işğal etməklə qalmır, bunun üçün hər vasitəyə əl atırlar. Biz Azərbaycan veteranları, ümumən cəmiyyəti bu siyasəti və onun doğurduğu cinayətləri birmənalı şəkildə qınayır və rədd edirik. Biz bir daha dünya ictimaiyyətini erməni faşızminin ifşasına biganə qalmamağa səsləyir, Azərbaycanın sülhün, əmin-amanlığın tərəfdarı olduğunu bəyan edirik.” Tədbirdə iştirakçıları Sülh Əsgərləri Beynəlxalq Assosiyasının təqdimatı ilə tanış olmuş, təşkilatın fəaliyyəti və həyata keçirdiyi sülh yönümlü layihələr çərçivəsində qonaqlara geniş məlumat vermişdir. Daha sonra tədbir iştirakçıları beynəlxalq sülhün təbliği və təşviqi istiqamətində müxtəlif təqdimatlarla tanış edilmiş, mühazirələr dinləmiş, fikir mübadiləsi aparmışlar. Səhəri gün davam edən Sülh Əsgərlərinin Beynəlxalq günü tədbirində Azərbaycanı təmsilçisi, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Beynəlxalq Assosiyasının Sülh mükafatı xatirə medalı ilə təltif edilmişdir. Təltif mətnində yazılan “Cəlil Xəlilov yorulmaz, xeyirxah sülpərvər, insan ləyaqətini yüksəldən fəaliyyətinə, gerçəkliyin daha da yaxşılaşmasına naminə ədalətin zəfər çalmasına vermdiyi töhfəyə görə təltif olunur” sözləri ümumən Azərbaycanın, onun dövlətinin yeritdiyi, xalqımızın daim tərəfdar çıxdığı sülsevər siyasətə verilən yüksək qiymətdir. Tədbirdə müxtəlif ölkələr, o cümlədən Azərbaycan Beynəlxalq Assosiyasının Sülh mükafatı xatirə yubiley medalı ilə təltif edilmiş, təltiflər nümayəndə heyətlərinə təqdim olunmuşdur. Beynəlxalq Sülh Əsgərləri Assosiyasiyası bu tədbiri 2003-cü ildən BMT ilə birgə əməkdaşlıq çərçivəsində hər il keçirməkdədir. MDB ölkələri veteranlarının Beynəlxalq İctimai Təşkilatı Rəyasət Heyətinin 23 may 2018-ci il tarixdə Moskva şəhərində keçiriləcək növbəti iclasında iştirak etmək, Rusiya Federasiyası, eləcə də Moskva şəhərində yerləşən beynəlxalq veteran təşkilatları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə müvafiq görüşlərin keçirilməsi və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə 31 may 2018-ci il tarixdə Cenevrə şəhərində Beynəlxalq Sülh Əsgərləri Assosiyasının təşkil etdiyi tədbirində