Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Özbəkistanda çap olunmuş "44 gün" kitabının təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Özbəkistanda çap olunmuş "44 gün" kitabının təqdimatı keçirilib.

 

Tədbirdə kitabın müəllifi Özbəkistanın şöhrət medallı şairəsi, "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova,Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev,Şəmkir Regional Mədəniyyət İdarəsinin rəyisi Zöhrab Adıgözəlov, Tibb elmləri doktoru, professor Rəşid Mahmudov, Milli QHT Forumu idarə heyətinin üzvü, türkoloq,Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar və digər tanınmış simalar iştirak ediblər.

Tədbiri giriş sözü ilə RİH başçısı İbrahim Mustafayev açaraq qeyd etdi ki, "Bu kitab 44 günlük savaşa həsr olunmuş ən qiymətli kitablardan biridir. Bu kitab haqqında burada geniş məlumat veriləcək. Tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. 44 gün xalqımız üçün çox xoş bir rəqəmə çevrilib. Ordumuz torpaqlarımızı azad etdi. 44 gün bəzi xalqların tarixində uğurlu rəqəm sayılmasa da, bizdə belə olmadı. Savaş gedən günlərin hər bir günü bizim üçün böyük bir tarixdir. Sonda qonağımıza bir daha təşəkkürümüzü bildirirəm".

 

Daha sonra Gədəbəy haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.

 

Ardınca kitabın təqdimatı üçün söz Əkbər Qoşalıya verilib. O çıxışında bunları deyib: "Burada iştirak edən hər kəsi salamlayıram. Bu il 50 illiyini qeyd etdiyimiz Xasiyyət xanım özbək ədəbiyyatının günəşidir. Onun kitabları Avropa, Asiyada, türk dünyasında nəşr olunub. Amma etiraf edək ki, onun Azərbaycana verdiyi dəyər daha yüksəkdir. Bəzən olub ki, qardaş dediyimiz ölkələrdə həqiqətlərimizi çatdırmaqda problemlərlə üzləşmişik. Amma Xasiyyət xanımın timsalında bizim həqiqətlər onun rəhbəri olduğu qəzetdə, yaradıcılığında daim ifadə olunub. Əminəm ki, Xasiyyət xanım həm də gələcəyi yazır. Xasiyyət xanım haqq-ədaləti müdafıə edən şairədir. O 44 günlük savaşımızda bizə misilsiz dəstək oldu. Bizdə bir söz var, heç nə unudulmur heç nə yaddan çıxmır. Xasiyyət xanım bizə ölkəsindən ultimatum göndərdi ki, mən hökmən Şuşaya getməliyəm. Onun arzusu yerinə yetdi. O eyni zamanda dilbər güşələrimizdən biri olan Gədəbəydə oldu. Xasiyyət xanımın yaradılacağında Azərbaycana münasibət davamlıdır. 44 gün ərzində Xasiyyət xanım məqalələr yazdı, hiss-həyəcanını ifadə edirdi. Xasiyyət xanımın indiki Azərbaycan səfərini də bir hadisə adlandırıram. Ən gözəl söz müəllif və onun əsəridir".

Daha sonra DGTYB-nin Xasiyyət xanıma və İbrahim Mustafayevə hədiyyələri təqdim olunub .Eyni zamanda Gədəbəy rayon İcra Hakimiyyəti və Şəmkir Regional Mədəniyyət İdarəsi tərəfindən qonağa həfiyyələr təqdim edildi.

 

Şəmkir Regional Mədəniyət idarəsinin rəisi Zöhrab Adıgözəlov bildirdi ki, 44 günlük mübarizəmizdə biz birliyimizlə qalib gəldik : "Bu müharibədə kimin dost və ya düşmən olduğunu gördük. Bir özbək xanımının sərhəd bölgəsinə gəlib kitabının təqdimatında iştirak etməsi böyük hadisədir, eyni zamanda türk qardaşlığının,türk dostluğunun bariz nümunəsidir.Və bu görüş Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafına təkan verən əlamatdar hadisədir. Bir daha xoş gəlmisiniz deyir və sizlərə Regional Mədəniyyət İdarəsi adınnan təşəkkürümü bildirirəm.

 

Sonra Akademik Valeh Cəfərov,Tİbb Universitesinin dosenti Rəşid Mahmudov,tanınmış şair Elsen Əzim,Aşıq məktəbinin direktoru Etibar Əliyev,Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli, Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov,İ ncəsənət Univeristetinin müəllimi Nemət Qasımlı və digər qonaqlar mövzu ətrafında çıxış etdilər.

44 gün kitabının müəllifi Özbəkistanlı qonaq Xasiyyət Rüstəm cıxış etdi.,yüksək qonaqpərvərliydən dolayı hər kəsə təşəkkürünü bildirdi,və qeyd etdiki 44 günlük haqq savaşı sizlərin vətən sevgisinin dünyada yeganə nümunəsidir.

 

Tədbirin təşkilatçısı Dünya Gənc Türk Yazarlar birliyininn başqanı İntiqam Yaşar

çıxışı zamanı bu günün cox əlamətdar gün olduğunu vurğuladı,Özbəkistanda Xasiyyət xanımın ayağı dəyən hər yerdə Azərbaycan gördüm,və yaşasın Özbəkistan Azərbaycan dostluğu qardaşlığı və kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə minnətdarlığını ifadə etdi.

Yekun olaraq RİH başçısı İbrahim Mustafayev tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.

 

2021-08-25 16:14:00
799 baxış

Digər xəbərlər

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi Milli Mətbuatın 147 illiyi ilə əlaqədar tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi Milli Mətbuatın 147 illiyi ilə əlaqədar tədbir keçirib.Tədbirdə İqtisadiyyat Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumlarının nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər. "Xəmsə" şadlıq sarayında təşkil olunan tədbirdə Assosasiyanın İdarə Heyətinin sədri, iş adamı Mürvət Həsənli çıxış edərək jurnalistləri təbrik edib və sahibkarlara göstərdiyi dəstəyə görə media mənsublarına öz təşəkkürünü bildirib:"Bir müddət əvvəl dünya bazarında soya, günəbaxan və digər yem məhsullarının qiymətinin ciddi şəkildə artması bizdə də toyuq ətinin qiymətinin artmasına səbəb olmuşdu. Toyuq yemi üçün idxal olunan xammal məhsullarından ƏDV-nin ləğv olunması işimizi xeyli asanlaşdırdı. Bundan sonra iri ticarət müəssisələri ilə quş əti istehsalçıları arasında yaranan anlaşılmazlıq da aradan qalxdı. Medianın bu məsələləri işıqlandırması da bu problemlərin həllini sürətləndirdi". Daha sonra tədbirdə sahibkarlarla işləyən dövlət qurumlarının rəsmilərinə də söz verildi. Onlar nümunəvi sahibkarlıq fəaliyyətinə görə tədbir təşkilatçılarına təşəkkür etdilər. Tədbirdə jurnalistlər də çıxış ediblər, onlar göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıblar.  

Hamısını oxu
“Bu festival Azərbaycan ruhunun və mədəniyyətinin Qarabağa yenidən qayıdışıdır”

Məşhur Məmmədov: “Məlum festival həm də bütün dünyaya göstərdi ki, bu torpaqlar havası, suyu, gülü, çiçəyi, mədəniyyəti, tarixi – bir sözlə, hər şeyi ilə bizimdir”   Sentyabrın 18-dən başlayan ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı davam etməkdədir. Sentyabrın 24-nə qədər davam edəcək festival çərçivəsində bəzi konsert proqramları Ağdam, Şuşa kimi işğaldan azad edilən şəhərlərdə keçirilməkdədir ki, bu da sadəcə mədəniyyət xadimləri tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən məmnunluqla qarşılanmaqdadır.   Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov sözgedən festivalın mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Hesab edirəm ki, bu festival hər şeydən öncə Azərbaycan ruhunun və mədəniyyətinin o torpaqlara yenidən qayıdışıdır. Bu festival Qarabağ və ətraf rayonların Azərbaycan torpağı olduğunu, bizim bu torpağı, bu vətəni nə qədər çox sevdiyimizi göstərir. Bu festival bir daha sübut etdi ki, Azərbaycan öz mədəniyyətinin, tarixinin bərpasında, bu topaqlardan didərgin salınan məcburi köçkünlərimizin həmin torpaqlara qayıdışında son dərəcə qərarlıdır.   Ermənistan 30 il ərzində bu ərazilərdə heç bir iş görməyib. Ancaq ziyan vurub, talayıb, məhv edib... Erməni faşistləri mədəniyyət və tarixi abidələri, qəbiristanlıqları, məktəbləri, məscidləri dağıdıb. Bu gün Azərbaycan erməni vandalizminin dağıtdığı, sıradan çıxardığı abidələri, sosial infrastrukturu, yaşayış məntəqlərini, məscidləri bərpa etməklə məşğuldur.   Bu festival çərçivəsində bəzi konsertlər Şuşa şəhərində keçirilməkdədir. Hansı ki, Şuşa bizim qədim mədəniyyət mərkəzimiz, mədniyyət paytaxtımızdır. Bu festival bütün dünyaya göstərdi ki, Şuşa, Qarabağ Azərbaycan üçün sadəcə adi bir torpaq parçası deyil. Bura, bizim vətənimizdir. Bura bizə öz canımızdan əzizdir. Bu torpaqlar havası, suyu, gülü, çiçəyi, mədəniyyəti, tarixi – bir sözlə, hər şeyi ilə bizimdir və hər zaman bizim olaraq qalacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
SOCAR AQŞ-nin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, SOCAR AQŞ şirkətinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.   SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev və şirkətin əməkdaşları Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.   Şəhidlərimizin ruhunu dərin ehtiramla anırıq.   Mənbə: www.socar-aqs.az

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 17 oktyabrda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib. Bakı şəhəri Nərimanov rayonu Molla Aşıq Cümə küçəsi 46 ünvanında – Nərimanov Bələdiyyəsi parkında reallaşan aksiyada iştirak edən veteranlar onlarla ağac əkib, şəhərin yaşıllaşdırılmasına, ekoloji mühitin yaxşılaşmasına töhfə veriblər.  Aksiyada çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Ulu öndərin Azərbaycan xalqının həyatındakı tarixi roluna diqqət çəkib, bugünkü inkişafa məhz Ümummilli liderin siyasi kursu əsasında nail olunduğunu bildirib. Polkovnik Cəlil Xəlilov ağacəkmə aksiyasına və bu qəbildən olan aksiyaların əhəmiyyətinə də diqqət çəkib. Sədr müavini qeyd edib ki, hər bir qurum, eləcə də hər bir vətəndaş şəhərimizin ekoloji mühitinin yaxşılaşmasına, yaşıllaşdırılmasına töhfə verməli, bu məsələdə əlindən gələni əsirgəməməlidir.  Aksiyaya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev və digər bələdiyyə üzvləri də qatılıb, veteranlarla birlikdə ağacəkmə aksiyasında iştirak ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu