Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Azərbaycan Prezidentinin Litvada səsləndirdiyi fikirlər dövlətimizin sülhə verdiyi önəmi göstərir

Bakı, 23 may, AZƏRTAC

Prezident İlham Əliyevin Litvada mətbuata bəyanatı dövlətimizin sülhə və tərəqqiyə verdiyi önəmi göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik qeyd edib ki, Azərbaycan 30 ildir ki, işğaldan əziyyət çəkən dövlət kimi sülhün, sabitliyin əhəmiyyətini yaxşı dərk edir və buna nail olmağa çalışır: “Prezident İlham Əliyev Litvada mətbuata bəyanatında Azərbaycanın 30 il ərzində erməni faşizmindən, onun işğal siyasətindən böyük əziyyət çəkdiyini, bütöv kəndlərin, şəhərlərin amansızcasına məhv edildiyini vurğuladı. İşğal dövründə bütün inzibati binaların, infrastrukturun, tarixi abidələrin belə dağıdıldığına diqqət çəkən dövlətimizin başçısı, sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu qeyd etdi. Prezident vurğuladı ki, Azərbaycan sülh üçün bütün imkanlardan istifadə edir və gələcəkdə də səylərini davam etdirəcək. Dövlətimizin başçısının bu açıqlaması bir daha dövlətimizin sülhə can atdığını, bütün regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasına çalışdığını əks etdirir.

Xatırladım ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində erməni faşizminə, onun terrorçuluq fəaliyyətinə böyük zərbə vurdu. Bu, Azərbaycanın regionda sülhün təmin edilməsi istiqamətində atdığı mühüm addımlardan biri idi. Dövlətimiz bu gün də siyasi müstəvidə sülh səylərini davam etdirir. İnanıram ki, yaxın gələcəkdə bu səylər bəhrəsini verəcək və Azərbaycanın sülh siyasəti bütün regionun gələcəyinə böyük töhfə verəcək”.

Cəlil Xəlilov Prezidentin Litva səfərində müzakirə edilən iqtisadi əməkdaşlığın da mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Dövlətimizin başçısı Litva Prezidenti Gitanas Nausedla görüşündə iqtisadi əməkdaşlıqla da bağlı konkret təkliflər səsləndirdi, bu əməkdaşlığın önəminə toxundu. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın verdiyi dəstək də dövlət başçısı tərəfindən təqdir olundu.

Hesab edirəm ki, Litva səfəri dövlətimizin maraqları baxımından mühüm əhəmiyyətə malikdir və bu səfərin nəticəsindən yaxın gələcəkdə hər iki dövlət böyük fayda əldə edəcək”.

2023-05-23 12:23:35
239 baxış

Digər xəbərlər

Zəfər təntənəsi: milli güc amili və qardaşlıq dastanı

Hamısını oxu
Azərbaycan Texniki Universitetinin tələbələri Türk Aviasiya və Kosmik Sənaye Şirkətində təcrübə keçəcəklər

Veteran.gov.az xəbər verir ki, Türkiyənin Ankara şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türk Aviasiya və Kosmik Sənaye şirkəti (TUSAŞ) arasında əməkdaşlıq haqqında protokol imzalanıb.    Protokolu AzTU-nun elm və innovasiya üzrə prorektoru, prof.dr. Çetin Elmas, TUSAŞ-ın baş direktoru, prof.dr. Temel Kotil və TUSAŞ Uçuş Akademiyasının rəhbəri, dr. Mehmet Demiroğlu imzalayıb.   Sənədə əsasən, AzTU-nun tələbələri TUSAŞ–da 4 ay müddətində təcrübə proqramı keçəcəklər. Təcrübə proqramında iştirak üçün AzTU-nun bakalavr (4-cü kurs), magistrant və doktorantları arasından ilkin olaraq 25 nəfər seçiləcək. Tələbələrin Türkiyədə bütün xərcləri TUSAŞ tərəfindən qarşılanacaq. Eyni zamanda, tələbələrə təcrübə proqramı müddətində gördükləri işin müqabilində əməkhaqqı da veriləcək. Dissertasiya və müdafiə işləri mövzularını TUSAŞ-dan götürən tələbələrə tədqiqat aparmaları üçün bütün şərait yaradılacaq. AzTU-nun tələbələri TUSAŞ-ın mütəxəssisləri ilə birgə bu il Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalına hazırlaşmaq imkanı da əldə edəcəklər. Bundan başqa, TUSAŞ-ın bu il AzTU-da karyera sərgisi keçirməsi də nəzərdə tutulub.   Qeyd edək ki, TUSAŞ hər növ hava və kosmik vasitələrin dizaynı, istehsalı sahəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir.  

Hamısını oxu
Böyük itki verən düşmən Qarabağdan əsgər gətirir... - Ermənilər sərhəddən qaçır

Tovuz istiqamətində gecə boyunca davam edən döyüşlərdə Ermənistan tərəfi çətin vəziyyətə düşüb.Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılır.Xüsusilə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepyanın döyüşlərdə cəmi iki erməni polisinin yaralanması haqda açıqlaması bəzi məqamların ortaya çıxmasına səbəb olub.Stepyan bildirib ki, “sərhəddə növbə çəkən iki polis yüngül yaralanıb”.Onun bu sözləri ermənilər tərəfindən tənqid olunub. Çünki əsgərlərin əvəzinə polisin posta olması şübhələrə yol açır.Ermənistan mediasında bununla bağlı müxtəlif məlumatlar yayılır.“Faktinfo” saytı yazır ki, yaralanan polislər əsgərlərə kömək üçün gələnlərdir. Belə ki, gecə döyüşlərində ağır itkilər verən erməni ordusu sərhədə əlavə qüvvələr gətirib və Tavuş, eləcə də ətraf rayonlardakı polis qüvvələri də döyüşlərə cəlb olunub. Bununla yanaşı, Dağlıq Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələrindən də bəzi bölüklər Tavuş rayonuna gətirilib.Sosial şəbəkələrdə erməni istifadəçilər itkilərlə bağlı müxtəlif məlumatlar paylaşır. Bəzi məlumatlara görə, 70-dən çox itki, yüzlərlə yaralı var, başqa bir məlumatlarda hospitalların dolduğu, yüzlərlə ölünün olduğu deyilir.Ermənistan tərəfinin məlumatları gizlətməsi də düşmən ordusunun ağır itkilər verdiyindən xəbər verir.“Analitik.am” saytı isə yazır ki, əsgərlərin valideynləri nələrin baş verdiyini öyrənmək istəyir, hakimiyyət isə heç bir məlumat vermir.Sayt Ermənistanın milli təhlükəsizlik xidmətini də tənqid edib: “Azərbaycan səngərdə və internet resurslarında zərbə dalınca zərbə endirir, bizim kəşfiyyatçılarımız daxildə şeytan axtarışına çıxıb”.Hətta Tavuşd olan ermənilərin evlərini tərk etdiyi haqda məlumatlar da var.Tavuş rayonunun Movses kənd keşişi Abel Kartaşyanın sosial şəbəkələrdə “bizim üçün dua edin” paylaşımı ermənilərin narahatlığını daha da artırıb.Asif

Hamısını oxu
Polkovnik Adil Haqverdiyev “Böyük Zəfər Medalı” ilə təltif edilib

Veteran.gov.az xəbər verir ki, Müahribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev “Böyük Zəfər Medalı” ilə təltif edilib. Birinci Qarabağ müharibəsi veteranı Adil Haqverdiyev respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına, habelə gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə “Böyük Zəfər Medalı”na layiq görülüb. Məlumat üçün qeyd edək ki, polkovnik Adil Haqverdiyev bugünə qədər müxtəlif dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən çoxsaylı orden və medallarla təltif olunub.    

Hamısını oxu