Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.

Bakı, 7 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.

2020-10-07 00:00:00
524 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı müharibə veteranlarına ərzaq yardımı ilə dəstək olur

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə ərzaq yardımlarının paylanılması davam etdirilir. AZƏRTAC xəbər verir ki, bir neçə gündür davam edən xeyriyyə aksiyası çərçivəsində Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Qəbələ, Şəki, Göyçay, Ağdaş, Balakən və Zaqatala rayonlarında yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. Veteranlarla görüşlərdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi riayət edilməsi, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasını dəstəkləyəcək şəxsi gigiyena qaydalarına əməl etmənin vacibliyi vurğulanıb. Respublika Veteranlar Təşkilatının ölkədəki müharibə veteranlarına ərzaq yardımı ilə dəstəyi davam etdirilir.

Hamısını oxu
Xətai rayonunda ,,Öncə vətəndir ,, adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq, şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 14 oktyabr 2022 –ci ildə   Bakı şəhəri Xətai  rayonunda tədbirdə olub. Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə “Öncə vətəndir” adlı tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin  şöbə müdiri Pənah İmanov, Rayon   Ağsaqqallar     Şurasının     sədri  İzzət     Rüstəmov , müavini Nizami Hüseynov,  VT-nın sədri Adil Əzməmmədov, məktəbin direktoru Zenfira Məsiyeva, şagirdlər və müəllimlər iştirak ediblər.   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlayıb.   Şagirdlər vətənpərvərlik şeirləri ilə çıxış ediblər.   Daha sonra Xətai rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan  Respublikasının Milli Qəhrəmanı Məzahir   Rüstəmovun  atası  İzzət Rüstəmova söz verilib. O, çıxışında vətən sevgisindən, qəhrəmanların adlarını  həmişə uca tutmağın vacibliyindən danışıb.   Polkovnik Adil Haqverdiyev çıxşında Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətindən,vətənimizin çiçəklənməsi yolunda səylərindən bəhs edib. O, bildirib ki,  xoşbəxt gələcəyimiz Prezident Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdən keçir. Adil Haqverdiyev şagirdlərə öz tövsiyyəsini verib,dərslərində uğurlar arzulayıb.   Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri  Pənah İmanov rayon ərazisində  vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdən, şəhid ailələrinə, veteranlara göstərilən diqqət və qayğıdan danışıb.   Məktəbin direktoru Zenfira Məsiyeva isə çıxışında bildirib ki, bu cür tədbirlər şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafına, habelə, onların öz dərslərinə daha diqqətlə yanaşmasına təkan verir.   Tədbirin sonunda  xatirə şəkli çəkilib.    

Hamısını oxu
Məlik Məhərrəmov-100

Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi münasibəti ilə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, ideoloji və mədəniyyət mərkəzlərində silsilə tədbirlər həyata keçirilir. Nəzərə çatdıraq ki, Məlik Məhərrəmov 1920-ci il avqusutun 29-da Zərdab rayonunun Bıçaqçı kəndində anadan olub. O, 1936-cı ildə orada natamam orta təhsilini başa vuraraq, Bakıda Xalq Təsərrüfatı Texnikumunda oxuyub. 1939-cu ildə oranı bitirdikdən sonra isə keçmiş sovet ordusu sıralarına çağırılıb. 1942-ci ildə Rusiyanın Vladimir şəhərində hərbi məktəbi bitirib. Məlik Məhərrəmov 1941-1945-ci illər müharibəsində Berlinədək şərəfli döyüş yolu keçib. Belarusiya, Ukrayna uğrundakı döyüşlərdə xüsusilə fərqlənib. Onun komandir olduğu bölük 1943-cü ilin payızında Dneprin keçilməsində böyük məharət göstərib. Həmin döyüş əməliyyatına görə Məlik Məhərrəmova və onun bölüyündən 17 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilib. M.Məhərrəmov müharibədən sonra atıcı divizayada tabor komandiri kimi xidmət edib. O, 1954-cü ildə Frunze adına Hərbi Akademiyanı bitirib, alayın qərargah rəisi vəzifəsində çalışıb. M.Məhərrəmov 1966-cı ilə qədər Azərbaycan Respublikasının hərbi komissarlıq sistemində məsul vəzifələrdə xidmət edib, 1966-1973-cü illərdə isə indiki Bakı Dövlət Universitetində hərbi kafedranın rəisi olub. 1973-cü ildə ehtiyata buraxılsa da, universitetdə fəaliyyətini davam etdirib. Məlik Məhərrəmov müharibə illərində göstərdiyi hərbi məharətə, komandirlik bacarığına və igidliyinə görə o dövrdə ən yüksək qəhrəmanlıq adına - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilib. 1995-ci ildə yubileyi təntənəli surətdə qeyd edilib və müstəqil respublikamızın “Şöhrət” ordeni ilə təltif olunub. Hələ ötən əsrin yetmişinci illərində istefada olan polkovnik Məlik Məhərrəmov Ulu Öndərimizin yaratdığı o vaxtlar analoqu olmayan ixtisaslaşdırılmış xüsusi orta məktəbin bir müddət rəisi olub və bu gün də haqqında xoş xatirələr söylənilir. İstər xalqımızın ümummilli lideri Heydər Əliyev, istərsə də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən onun xatirəsinin həmişə əziz tutulub. Müharibə, Əmək və Silahlı Qüvvəllər Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov ölkəmizin hərb tarixinə, sərkərdələrimizin, qəhrəmanlarımızın, şanlı döyüş ənənələrimizin təbliğinə xüsusi önəm verildiyini, Müdafiə Nazirliyinin şəxsi heyətin bu istiqamətdə tərbiyə olunmasında məqsədyönlü fəaliyyətini yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəxsən öz adından, həmçinin çoxsaylı veteranlar adından minnətdarlığını bildirir.

Hamısını oxu
Ermənistan ordusu ağ bayraq qaldırmaq ərəfəsində: Paşinyan Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir

Bakı, 17 oktyabr, AZƏRTAC Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu növbəti təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları 21 gündür davam edir. Ötən müddət ərzində düşmənə ciddi sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu onu müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur edib. Hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin təxminən 2 milyard dollar dəyəri olan hərbi texnikası, silah-sursatı məhv edilib və ya qənimət götürülüb. Bu günlərdə ard-arda cəbhədən gələn qələbə xəbərləri xalqımızı daha da ruhlandırır və Ordumuzun döyüş əzmini daha da artırır. Tərtər rayonunun Suqovuşan kəndinin, Cəbrayıl rayonunun mərkəzinin və kəndlərinin, Hadrut qəsəbəsinin, Xocavənd rayonunun kəndlərinin işğaldan azad edilməsi böyük qələbəmizin ilk addımları hesab oluna bilər. Erməni ictimaiyyətində “qalib ordu” obrazı yaratmaq cəhdləri iflasa uğradı Ötən 20 gün ərzində Ermənistan hakimiyyəti döyüş meydanındakı məğlubiyyətini etiraf etmək istəmir, əksinə, yalan məlumatlarla erməni ictimaiyyətində “qalib ordu” obrazı yaratmağa çalışırdı. Lakin bununla belə, Paşinyanın müxtəlif ölkələrin dövlət və hökumət başçılarına ünvanladığı müraciətlər, onlara ard-arda zənglər edərək yardım dilənməsi, erməni lobbisinə edilən müraciətlər deməyə əsas verirdi ki, onun özü də yalanlarının ömrünün uzun olmayacağını dərk edir. Atəşkəs üçün dəfələrlə Rusiya Prezidentinə müraciət edən Paşinyan danışıqlara hazır olduğunu açıq şəkildə bildirərək, bir növ döyüşlərdə qalib gələ bilməyəcəklərini etiraf etdi. Moskva görüşündən sonra əldə edilən razılaşmaya əsasən oktyabrın 10-da saat 12:00-da etibarən humanitar atəşkəs təmin edilməli idi. Lakin Ermənistan humanitar atəşkəsin ilk dəqiqələrindən artıq “ənənə” halı almış davranışına “sadiq” qaldı. Müxtəlif bölgələrimizi atəşə tutaraq bir daha beynəlxalq razılaşmaların onlar üçün heç bir önəm daşımadığını göstərdi. Azərbaycan Prezidentinin Ermənistana verdiyi son şansı dəyərləndirmək iqtidarında olmayan Ermənistanın bu addımının əsas səbəbi isə çox sadədir: düşmən qüvvələri cəmləşdirib işğaldan azad edilmiş ərazilərimizi yenidən ələ keçirmək niyyətində idi. Lakin Ordumuzun ayıq-sayıqlığı, peşəkarlığı sayəsində düşmən ağır itkilər verərək geri çəkildi. Ordumuzla mübarizə meydanında açıq-aşkar məğlub olduğunu görən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc sakinlərimizi, yaşayış məntəqələrimizi daha intensiv şəkildə atəş altında saxlamağa başladı. Oktyabrın 11-də gecə saatlarında Gəncəyə atılan raket zərbələri nəticəsində 10 dinc sakin həlak oldu, həmçinin 30-dan çox Gəncə sakini yaralandı. Ordumuzun cavabı isə yenə də döyüş meydanından gəldi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının kəndləri ard-arda işğaldan azad edildi. Ermənistan Ordusunun yüksək rütbəli zabitlərinin, çoxlu sayda canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsi ilə düşmənin silahlı qüvvələrində başlanan pərakəndəlik, fərarilik halları əlbəttə ki, Azərbaycan Ordusuna döyüşlərdə mütləq üstünlük qazandırdı. Bütün ehtiyatları tükənən Ermənistan ordusu ağ bayraq qaldırmaq ərəfəsindədir Bütün baş verənlər fonunda Ermənistan silahlı qüvvələrinin rəhbərliyi nəhayət ordunun mövqelərdən geri çəkilməyə məcbur olduğunu ifadə etdi. Həmçinin Paşinyan bir daha dünya ermənilərinə müraciət edərək onlara döyüşlərdə iştirak etmək üçün çağırış etdi. Bunun ardınca son bir il ərzində ordudan tərxis olunmuşlar da hərbi komissarlıqlara çağırıldılar. Proseslərın davamlı hal alması düşmən düşərgədəki vəziyyətin acınacaqlı olduğunu açıq-aydın göstərir. Bütün bunlar bizə suda boğulanın saman çöpündən yapışmasını xatırladır. Bir neçə gün əvvəl isə qondarma rejimin rəhbərliyi daha gülünc bir addım atmağa məcbur oldu. Aralarında ahılların da olduğu birinci Qarabağ müharibəsinin iştirakçıları da döyüşlərə məcburi şəkildə cəlb olundu. Əlbəttə ki, ön xəttə peşəkar Ordumuza qarşı bu cür yaşlı döyüşçülərin vuruşaraq hansısa uğur qazanmaq imkanı sıfıra bərabərdir. Bundan əlavə, düşmən ordunun düşərgəsindən yayılan videogörüntülərdən də aydın şəkildə müşahidə olunur ki, erməni əsgərləri böyük sarsıntı içindədirlər və məcburi şəkildə döyüşürlər. Bir məqama da diqqət yetirmək yerinə düşər. Azərbaycan Ordusu tərəfindən azad edilən düşmən mövqelərindən yayılan görüntülərdə erməni əsgərlərinin mövqelərdən qaçmaması üçün onların ayaqlarının zəncirləndiyi faktı da artıq hər kəsə məlumdur. Yəni, erməni əsgəri də Azərbaycan torpağında ölmək istəmir. Oktyabrın 17-də isə düşmən yenə Gəncə şəhərini raket atəşinə tutdu. Dinc sakinlər arasında ölən və yaralananlar oldu. Artıq ağlını itirmiş Paşinyan hökumətinin bu cinayətinin cavabı isə daha ağır oldu. Azərbaycan Prezidenti bu gün səhər saatlarında xalqa müraciət etdi, Ordumuzun əldə etdiyi uğurlardan danışdı və Füzuli şəhərinin və rayonun bir sıra kəndlərinin düşmən işğalından azad edildiyini elan etdi. Əlbəttə ki, bu, düşmənə ən layiqli cavab idi. Ali Baş Komandanın da qeyd etdiyi kimi, bizim məqsədimiz işğal altında olan torpaqlarımızın azad edilməsidir və Ordumuz düşmənə layiqli cavabı döyüş meydanında verir. Müdafiə Nazirliyinin bu gün ərzində yaydığı videolardan da görünür ki, düşmənin son hərbi resursları və canlı qüvvəsi artıq darmadağın edilib. Bütün bunlar göstərir ki, rezervləri, imkanları tükənən Ermənistan ordusu artıq ağ bayraq qaldırmaq ərəfəsindədir. Paşinyanın reallıqla barışmaqdan başqa çıxış yolu qalmayıb “Qarabağ Ermənistandır və nöqtə”, “Şuşada yallı getmək”, “Şuşada qondarma rejimin başçısına “andiçmə” mərasimi keçirmək” və s. Paşinyanın cılız təfəkkürünün məhsulu olan bütün bu təxribatların cavabı bu gün döyüş meydanında verilir. İqtisadi imkanları onsuz da məhdud olan Ermənistan döyüşlərdən sonra daha ciddi böhran vəziyyətinə düşüb. Ölkədəki ağır iqtisadi durum, sosial problemlər, döyüşlərdəki uğursuzluqlar Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə artıq Ermənistanda valideynlərin hərbi komissarlıqların qarşısında toplaşaraq övladlarının döyüşlərə getməsinə etiraz etdikləri bildirilir. Valideynlər müxtəlif yollarla övladlarının döyüşlərdən yayındırmağa çalışırlar. Döyüş meydanında mövqeləri atıb qaçan erməni əsgərləri ölmək istəmədiklərini, hərbi təchizatın olmadığını deyirlər. Küçə yürüşləri ilə hakimiyyətə gələn Paşinyan artıq siyasi rəqiblərinin açıq-aşkar təzyiqləri ilə üz-üzədir. Onlar Paşinyanı düzgün siyasət yürütməməkdə ittiham edirlər. Ermənistan hakimiyyəti belə məqamda yenidən beynəlxalq aləmdən kömək istəməyə başlayıb. Paşinyanın səsinin eşidilmədiyini görən bu ölkənin keçmiş prezidentləri də artıq yaranmış böhrandan çıxış yolu üçün beynəlxalq təşkilatlara müraciət ünvanlayırlar. Belə ağır vəziyyətdə Paşinyanın məğlubiyyətini etiraf edib danışıqlar prosesinə qatılmaqdan başqa seçimi yoxdur. Azərbaycan Prezidentinin danışıqların bərpası üçün irəli sürdüyü şərtlər də artıq hər kəsə məlumdur. Ermənistan baş nazirinin siyasi iradə göstərib bu şərtləri qəbul edəcəyi təqdirdə Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri danışıqlar masasında davam etdirəcək. Artıq Paşinyanın müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır. Yəni, Paşinyan Azərbaycanın diktə etdiyi şərtlərlə danışıqları bərpa etmək üçün müraciətlər edir. Ölkəsindəki ağır böhrandan çıxış yolunu işğal altında olan ərazilərimizi boşaltmaqda görür. Bu, həm də Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülhə məcburetmə əməliyyatının məntiqi nəticəsidir. Əsəd Məmmədov AZƏRTAC-ın redaksiya müdiri

Hamısını oxu