Vətən Müharibəsində əməyi olan igidlərimizi tanıyaq
İşğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda iştirak edən şəxslərdən daha bir neçəsi ilə bağlı məlumat paylaşılıb.
İşğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda iştirak edən şəxslərdən daha bir neçəsi ilə bağlı məlumat paylaşılıb.
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup əməkdaşı Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ümummilli liderin məzarını ziyarət edib, məzar önünə çələng və gül dəstələri qoyublar. Daha sonra veteranlar görkəmli akademik Zərifə Əliyeva və tanınmış dövlət xadimi Əziz Əliyevin də məzarlarını ziyarət ediblər. Fəxri Xiyabanda veteranlar qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Ulu öndərin tarixi xidmətlərinə diqqət çəkib, müasir Azərbaycanın əldə etdiyi bütün uğurların arxasında Heydər Əliyev siyasi kursunun dayandığını bildirib. Veteranlar həmçinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun məzarını, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidə kompleksini, eləcə də Milli Qəhrəman Hökumə Əliyevanın, Respublika Veteranlar Təşkilatının sabiq sədrləri Fatma Səttarovanın, generallar Mustafa Nəsirovun, Tofiq Ağahüseynovun, Dadaş Rzayevin, eləcə də polkovnik Rzaqulu Quliyevin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiram hissi ilə yad ediblər.
Hamısını oxu
Bu gün 20 noyabr – Ağdam Şəhəri Günüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Ağdam şəhərinin üç il bundan öncə siyasi yolla azad edilməsinin əhəmiyyətinə toxunub: “2020-ci ilin 20 noyabr tarixində Ağdam şəhərinin erməni işğalından siyasi yolla – bir güllə belə atılmadan azad edilməsi Prezident İlham Əliyevin diplomatik qələbəsidir və bu qələbə dövlətimizin hərbi müstəvidə olduğu kimi, siyasi müstəvidə də son dərəcə güclü olduğunu sübut edir. Ali Baş Komandan Ağdamın diplomatik yolla azadlığına nail olmaqla Silahlı Qüqvvələrimizin hərbi uğurlarını siyasi müstəvidə də davam etdirdi. Bütün dünya Azərbaycanın hərbi qələbələrinin diplomatik platformada davamına şahid oldu”. Polkovnik qeyd edib ki, dövlət başçısı Ağdamın siyasi yolla azadlğına nail olmaqla, həm də çoxlu sayda hərbçimizin həytatını xilas etdi: “Ağdamın 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq diplomatik yolla azad edilməsinin hərbi baxımdan da mühüm nəticələri oldu. Belə ki, şəhərin döyüşsüz alınması yüzlərlə, minlərlə hərbçimizin həyatını xilas etdi, əlavə itkilərdən qaçmağa imkan verdi. Dövlət başçısı bununla bir daha Azərbaycan hərbçisinə, onun həyatına və təhlükəsizliyinə necə böyük önəm verdiyi ortaya qoydu. Bu fakt bir daha sübut etdi ki, Ali Baş Komandan üçün hər bir əsgərin, hər bir zabitin həyatı əzizdir və Vətən müharibəsi dönəminin hər bir anında dövlət başçısı bu amilə çox böyük həssaslıqla yanaşıb. Mən Ağdam Şəhəri Günü münasibətilə xalqımızı təbrik edirəm .Əminəm ki, qısa zamanda doğma Ağdamımızın yenidən çiçəklənməsinə şahid olacaq, onun tərəqqisi ilə fəxr edəcəyik”.
Hamısını oxu
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu barədə Musavat.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərara alır: 1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları; Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları; mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri; İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları; dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri; Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları; dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur); dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları; hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər; kütləvi informasiya vasitələrinin əməkdaşları; Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında). 2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri; fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları. 3. “ASAN Könüllüləri” İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. 4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır: Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111), Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111), Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111). Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər. SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. 1 nömrəli əlavə Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı 1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2. “Azəriqaz” İstehsalat Birliyi 3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri) 7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti 10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 17. Bakı Nəqliyyat Agentliyi 18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 20. Dövlət Dəniz Agentliyi 21. Dövlət Mülki Aviasiya Agentliyi 22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi 23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir Bakı, 7 fevral, AZƏRTAC Bu gün respublikamızda keçirilən prezident seçkilərində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı yüzlərlə müşahidəçi ilə iştirak etməklə, seçki prosesini yaxından izləyir. Seçki prosesi ilə bağlı AZƏRTAC-a açıqlamasında təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov vətəndaşların seçkilərdə aktiv şəkildə iştirak etdiyini, heç bir pozuntunun müşahidə olunmadığını bildirib: “Respublika Veteranlar Təşkilatı hər zaman respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edib, ölkədaxili proseslərə töhfəsini verməyə çalışıb. Mənim üçün qürurvericidir ki, bu gün təşkilatımızın 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir”. Onun sözlərinə görə, bu gün Bakı, Şuşa, Xankəndi, Quba, Lənkəran, Naxçıvan və digər yerlərdə veteran-müşahidəçilər missiyalarını böyük qürur və iftixar hissi ilə yerinə yetirir. O özü müşahidəçi kimi 9 seçki məntəqəsində olub, seçkilərin gedişatını yaxından izləyib. “Gördüklərim onu deməyə əsas verir ki, vətəndaşlarımız seçkilərdə fəal şəkildə iştirak edir. Bütün seçki məntəqələrində ciddi seçici aktivliyi müşahidə olunur. İnsanlar çox həvəslə seçkiyə gəlir, istədikləri namizədə səs verirlər. Mən respublikamızın digər şəhər və rayonlarında müşahidəçilik missiyasını həyata keçirən veteranlarımızla da mütəmadi şəkildə əlaqə saxlayıram. Yerlərdən gələn məlumatlar da təsdiq edir ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub və mühüm seçici aktivliyi ilə diqqət çəkir. Seçkilərdə hər hansı pozuntu müşahidə edilməyib. Seçki prosesi yüksək əhval-ruhiyyədə, demokratik ruhda davam edir. İnanıram ki, bu xoş, gözəl, qürurverici mənzərə günün sonuna kimi heç bir pozuntu olmadan davam edəcək, Azərbaycan xalqı öz iradəsini qətiyyətlə ortaya qoyacaq”, - deyə təşkilatın sədr müavini vurğulayıb.
Hamısını oxu