Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ərdoğan BU TARİXDƏ Bakıya gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin tarixi məlum olub. Türkiyə KİV-lərinin məlumatına görə, səfər 9-10 dekabrda baş tutacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək. Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında Qələbə paradının keçiriləcəyi gözlənilir.

2020-12-03 00:00:00
3660 baxış

Digər xəbərlər

“Bu əməliyyat sübut etdi ki, DTX həqiqətən də yüksək peşəkarlığa malikdir”

Elman Məmmədov: “Ayıq-sayıq olmalı, güc orqanlarımıza dəstək verməli, milli həmrəyliyimizi qoruyub saxlamalıyıq” Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 27 yanvar 2025-ci il tarixli məlumatında xarici ölkələrdən birinin Azərbaycanda yerləşən səfirliyinə qarşı terror hücumu həyata keçirməyə cəhd edən şəxslərin saxlanıldığını bildirib. Sözügedən əməliyyatla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “DTX-nın keçirdiyi sonuncu əməliyyat sübut etdi ki, bəzi qüvvələr hələ də Azərbaycanda dincliyi və sabitliyi pozmağa, xaos və gərginlik yaratmağa çalışırlar. Onların niyyəti müxtəlif terror aktları vasitəsilə cəmiyyətdə qarışıqlıq yaratmaq, xof və vahimə formalaşdırmaqdır. DTX-nın son əməliyyatı nəticəsində saxlanılan şəxslərə nəzər salsaq görərik ki, onların hamısı azərbaycanlıdır. Yəni onların arasında digər millətlərin nümayəndəsi yoxdur. Lakin bu şəxslər xarici xüsusi xidmət orqanlarının, radikal dini dairələrin təsiri altına düşən, onların sifarişlərinin icraçısına çevrilən şəxslərdir. Hesab edirəm ki, DTX-nın  bugünə qədər həyata keçirdiyi bütün əməliyyatları kimi bu əməliyyat da olduqca əhəmiyyətli, olduqca önəmlidir. Bu əməliyyat sübut etdi ki, Azərbaycanın xüsusi xidmət orqanları yüksək peşəkarlığa və hazırlıq səviyyəsinə malikdirlər. Məhz onların ayıq-sayıqlığı və peşəkarlığı bu cür terror aktlarının qarşısının alınmasını təmin edir. Bununla yanaşı, baş verənlər bizim hər birimiz qarşısında da mühüm vəzifələr qoyur. Məlum olay sübut edir ki, anti-Azərbaycan qüvvələri öz bəd niyyətlərindən əl çəkməyiblər və bu gün də təxibatçı fəaliyyətlərini davam etdirməkdə qərarlıdırlar. Bu təhlükədən tam olaraq sığortalanmaq, belə halların qaşısını gələckdə də qətiyyətlə almaq üçün milli həmrəyliyimizi qoruyub saxlamalı, dövlətimizin, Prezidentimizin ətrafında sıx birləəşməkdə davam etməli və güc orqanlarımıza informasiya dəstəyi göstərməli, ayıq-sayıq olmalıyıq. Bizi gələcək uğur və nailiyyətlərə aparan yeganə yol budur”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun bir qrup İkinci Dünya müharibəsi veteranları ilə görüşü keçirilib

Respublika Veteranlar Təşkilatında tədbirdə çıxış edən Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü ərəfəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, Respublika Veteranlar Təşkilatının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqələrinin çoxillik tarixi və xüsusi əhəmiyyəti vardır. Hələ keçmiş SSRİ dövründə təməli qoyulmuş bu qarşılıqlı fəaliyyət hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı fəaliyyət, eləcə də gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətlərində müvafiq tədbirlərin keçirilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daim Təşkilatın fəaliyyətinə dəstək olub. Bugünkü görüşün keçirilməsi də qeyd olunanlara əyani sübutdur. Alman faşizmi üzərində qələbənin 73-cü ildönümü münasibətilə veteranları təbrik edən Arzu Rəhimov onlara möhkəm cansağlığı, gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzulayıb. Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirən A.Rəhimov bu işin torpaqlarımızın 20 faizinin Ermənistan hərbi birləşmələrinin işğalı altında olduğu vaxtda xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Hazırda Azərbaycanda İkinci Dünya müharibəsi veteranlarına dövlət tərəfindən, xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edən Xidmət rəisi bugünkü görüşün məqsədinin də məhz bu olduğunu bildirib. A.Rəhimov İkinci Dünya müharibəsində Azərbaycanın cəbhəyə verdiyi əvəzsiz töhfələrdən və Azərbaycan Ordusunun aprel döyüşlərində göstərdiyi şücaətlərdən danışıb. General-leytenant Arzu Rəhimov Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynova xüsusi hədiyyə təqdim etdi.  Daha sonra İkinci Dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələrini təqdim edərək onlarla hər görüşün əlamətdar hadisə kimi yadda qaldığını vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova Azərbaycan dövlətinin veteranlara göstərdiyi qayğıya və general-leytenant Arzu Rəhimovun onlarla görüşə gəldiyinə görə veteranlar adından təşəkkürlərini çatdırıb.

Hamısını oxu
Yazıçı İlqar Quliyevin kitabının təqdimat mərasimi keçirilib

Mayın 2-də Azərbaycan Yazıçılar Birliyində həmin Birliyin üzvü, yazıçı, hərbi jurnalist, polkovnik İlqar Quliyevin “Məndən sonra” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə professor Bədirxan Əhmədli açaraq, kitabın məziyyətləri barədə mərasim iştirakçılarına ətraflı məlumat vermişdir. Daha sonra mərasimdə çıxış edən tanınmış yazıçı Mustafa Çəmənli, yazıçı-publisist Mahir Cavadlı, yazıçı Seymur Şeydayev, professor Məmmədağa Baxışov və digərləri diqqətə çatdırmışdır ki, “Məndən sonra” kitabına müəllifin Vətən müharibəsinə həsr olunmuş povesti, həmçinin müxtəlif illərdə qələmə aldığı məqalələr daxil edilmiş, povestin əsas ana xəttini doğruluq və vətənə bağlılıq təşkil etməklə, bir naşirin oğlunun Vətən müharibəsindəki iştirakı və bu prosesin ailə bağlarına, şəxsiyyətinə və gələcək taleyinə təsiri əks etdirilmiş, kitab oxucunu həm şəxsi dramın, həm də milli mübarizənin bir parçası olmağa dəvət etmişdir. Qeyd olunmuşdur ki, kitabın digər diqqətçəkən tərəflərindən biri də Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edən şair, publisist, hərbi jurnalist, polkovnik Ramiz Duyğun, yazıçı, publisist, tədqiqatçı, polkovnik Elşad Qoca və peşəkar hərbçi, istedadlı alim, polkovnik Cəlil Xəlilov haqqında yazılmış dəyərli məqalələrdir ki, bu yazılarda da müəllif təkcə bioqrafik məlumatlarla kifayətlənmədən, adıçəkilən şəxslərin yaradıcılığına və şəxsiyyətinə dərindən nüfuz edərək, onların ədəbi irsinin cəmiyyət üçün nə qədər mühüm olduğunu bir daha xatırlatmışdır. Sonda kitabın müəllifi, polkovnik İlqar Quliyev kitabın yaranma ideyasından, yazılma prosesindən və onunla bağlı yaşadığı şəxsi təəssüratlardan danışmaqla, eyni zamanda onun yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirmiş və kitabın imzalanması ilə mərasim başa çatdırılmışdır.

Hamısını oxu
“Qızıl Aypara 105 il şagirdlərin gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, “Qızıl Aypara 105 il şagirdlərin gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə ilə bağlı videoxülasəni oxucuların diqqətinə çatdırırıq.  

Hamısını oxu