Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Komadan ayılmayan baş leytenantımız şəhid oldu

Vətən Müharibəsində yaralanan əsgərlərdən biri şəhid olub. Qafqazinfo-nun verdiyi xəbərə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb.

 
Dekabrın 8-də isə komadan ayılmayaraq, şəhadətə qovuşub. Hikmət əslən Ağdam rayonunun Yusifcanlı kəndindən olub.  Şəhidlik zirvəsinə yüksələn zabitimiz İkinci Fəxri Xiyabanda dəfn edilib

2020-12-09 00:00:00
3551 baxış

Digər xəbərlər

Nərimanov rayonunda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə fiziki tərbiyə müəllimləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, 03 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə keçirilən “İdman həftəsi” çərçivəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimlərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qarşıdan gələn 5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə hamını təbrik etdi və bildirdi ki, ölkəmizin bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük və fundamental uğurlar Umummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə təsadüf etməsi tamamilə məntiqi və qanuna uyğundur. Gəncləri idman vasitəsilə layiqli vətəndaş kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki sağlamlığına nail olmaq, peşəkar idmançılara hərtərəfli dəstək verərək onların gücü ilə Azərbaycanı dünyaya tanıtdırmaq Heydər Əliyevin idman siyasətinin məqsədi və mahiyyəti idi. Bu gün bu uğurlu yol Ulu Öndərin böyük ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İdarə rəisi vurğuladı ki, 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkədə milli idman növləri ilə yanaşı Olimpiya idman növləri də böyük vüsət aldı. İdmana göstərilən dövlət qayğısı, onun inkişafı üçün yaradılan şərait Azərbaycana medalların axıb gəlməsi ilə bərabər Respublikamızı Avropa və dünya çempionatlarının keçirildiyi bir məkana çevirdi. Artıq ölkəmiz dünyada təbii sərvətləri ilə yanaşı, həm də bir idman ölkəsi kimi tanınır. Əlbəttə ki, bütün bu göstəricilər Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə xidmət edir. Sonda adları aşağıda qeyd edilən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən İdman siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, gənclərdə idmana, bədən tərbiyəsinə marağın formalaşmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində göstərdiyi xidmətlərə görə və 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə fəxri fərmanlar ilə təltif olunmuşlar: - Kənan Məmmədov – 34 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Cəfər Aslanov - 36 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - İradə Lələyeva - 37 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Eldar Muxtarlı - 39 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Amid Qasımov - 45 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Rübabə Həsənova – Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Səyyad Əkbərov - 57 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Yelena Həsənova – “Tərəqqi” texniki-humanitar liseyin fiziki tərbiyə müəllimi; - Namiq Əsədov – “Ankara məktəbi” məktəb-liseyin fiziki tərbiyə müəllimi; - Afət Məmmədova - 82 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Esmira Hüseynova - 93 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Nicat Əhmədov - 177 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Samir Paşayev - 178 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Əhliman Hüseynov - 193 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Rəqsanə Lətifova – Məktəb-Lisey Kompleksin fiziki təhbiyə müəllimi; - Qətibə Bayramova - Məktəb-Lisey Kompleksin fiziki təhbiyə müəllimi; - Vasif Piriyev - Məktəb-Lisey Kompleksin fiziki təhbiyə müəllimi; - Xavər Mahmudova - 202 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - İlahə Mustafayeva - 207 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Rauf Nəzərov - 212 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Əli Kərimov - 258 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi; - Murad Mehdiyev – Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli liseyin fiziki tərbiyə müəllimi; - Mariya Novruzova – “Evrika” liseyinin fiziki tərbiyə və cüdo, 6 nömrəli məktəb-liseyinin fiziki tərbiyə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının cüdo müəllimi. Təltif olunan müəllimlərizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.  

Hamısını oxu
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, xalqa müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: “Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi”. Kəlbəcərin, eləcə də hər bir rayonun işğalını böyük faciə adlandıran Prezident qeyd edib ki, 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. “Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Hamısını oxu
Polkovnik: Ordu təhlükəsizliyin yeganə qarantıdır

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone ilə görüşüb. NATO-nun mənzil-qərargahında keçirilən görüşdə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri müzakirə edilib. Qarşı tərəf Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bir daha vurğulayıb, ölkəmizin Alyansın rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına töhfəsini, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Sherg.az-a deyib ki, NATO ilə əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Ekspert bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra da öz Silahlı Qüvvələrini inkişaf etdirmək, onun modernləşdirilməsini daim diqqət mərkəzində saxlamağa qərar verib:    "Prezident cənab İlham Əliyev dəfələrlə çıxışlarındaa qeyd edib ki, biz bundan sonra da ordumuzun gücləndirilməsi, onun öz peşəkarlığını, maddi-texniki təchizatını daha da yaxşılaşdırması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu faktın özü Azərbaycan dövlətinin orduya, xalqın müdafiəsi və təhlükəsizliyinə necə böyük önəm verdiyini göstərir. Azərbaycanla NATO arasında əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan NATO-nun bir sıra layihələrində aktiv iştirak edib. Hərbçilərimiz dünyanın bir çox bölgələrində sülhyaratma missiyalarında iştirak ediblər. Azərbaycan bu gün də NATO ilə əməkdaşlığa mühüm önəm verir və bu istiqamətdə konkret addımlar atır. Ümumiyyətlə, bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan beynəlxalq hüquq normaları və qarşılıqlı hörmət prinsipləri əsasında bütün ölkələrlə əməkdaşlığa hazırdır. Bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycanın digər ölkələrlə əməkdaşlığı heç vaxt hər hansı üçüncü dövlətə qarşı yönəlməyib, digər bir ölkə üçün təhlükə yaratmayıb".    C.Xəlilov hesab edir ki, Azərbaycan-NATO münasibətlərinin inkişaf etdirilməsi zəruridir:  "Biz yaxın gələcəkdə bu istiqamətdə ciddi yeniliklərə şahid olacağıq. Çünki müasir dünyamızda artan təhdid və təhlükələr bizdən ordumuzun döyüş hazırlığını daim yüksək səviyyədə saxlamağı tələb edir. Uzun müddət davam edən erməni işğalı və bu işğala son qoyan 44 günlük Vətən müharibəsi sübut etdi ki, hər bir dövlətin təhlükəsizliyinin ən mühüm qarantı onun ordusudur. Bu səbəbdən Azərbaycanın da öz ordusunu inkişaf etdirməsi üçün dünyanın qabaqcıl dövlətlərinin cəmləşdiyi NATO ilə əməkdaşlığı dərinləşdirməsi vacibdir. Bu cür əməkdaşlıqlar bizə imkan verir ki, müasir hərbi yeniliklərdən daha operativ xəbər tutaq və bunları ordumuzda daha çevik şəkildə tətbiq edək".

Hamısını oxu
"Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi " layihəsinin açılışı olub

Veteran.gov.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin "Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi " layihəsinin açılış mərasimi olub. İlk görüş Tərtər rayonunda Gənclər mərkəzində keçirilib. Tədbirdə Birliyin sədri Yasəmən xanım Qəyyumlu, idarə heyəti, Tərtər rayon icra hakimiyyətinin məsul işçiləri İctimai - siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə işin təşkil şöbəsinin müdiri Ülvü Nəcəfov, təlimçi həkim Nağıyev Bəkir, protezlərdən, əsa və korsetlərdən istifadə edən Vətən müharibəsinin əlilləri , "Ədalət yolu " qəzetinin baş redaktoru Lalə xanım Həşimova iştirak ediblər. Protezlərdən , əsa və korsetlərdən istifadə zamanı əziyyət çəkən əlilləri dinləyən Bəkir həkim onlara müvafiq göstərişlər verib və istifadə qaydalarını izah edib. Bundan əlavə Birlik sədri Yasəmən xanım Qəyyumlu, şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə işin təşkili şöbəsinin müdiri Ülvü müəllim, "Ədalət yolu" qəzetinin baş redaktoru Lalə xanım onların əməyini , müharibə zamanı döyüş meydanında göstərdikləri igidliyi xüsusi vurğulayıb və onlara daha dözümlü, qətiyyətli olmağı tövsiyyə ediblər . Hər bir əlilə tədbirlə bağlı və layihəyə uyğun olaraq mövcud problemlərini qeyd etmək üçün dəftər və qələmlər paylanılıb. Tədbir sonrası əlillərə və qonaqlara çay süfrəsi təşkil olunub. Fərid Səfərov, Mətbuat katibi

Hamısını oxu