Respublika Veteranlar Təşkilatının sədri “Rus Dünyası” fondunda İkinci Dünya Müharibəsində Qələbənin 75 illiyinə həsr edilmiş “Ümumi Qələbəmiz” adlı beynəlxalq videokonfransda iştirak edib.
“Rus Dünyası” fondunda İkinci Dünya Müharibəsində Qələbənin 75 illiyinə həsr edilmiş “Ümumi Qələbəmiz” adlı beynəlxalq videokonfrans keçirilib. “Qələbənin varisləri” Beynəlxalq İttifaqı, Rusiya həmvətənlilərinin Ümumdünya Koordinasiya Şurası, “Müstəqil dövlətlər veteranlarının ictimai təşkilatları birliyi” Beynəlxalq İttifaqın koordinasiya Şurası və “Rus Dünyası” fondu təşkilatçılığı ilə baş tutan beynəlxalq videokonfransda bir çox ölkələrdən olan Böyük Vətən Müharibəsi veteranları, eləcə də Azərbaycandan Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov iştirak edib. “Ümumi Qələbəmiz” adlı beynəlxalq videokonfransda çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Sovet İttifaqının Hitler Almaniyasını və onun müttəfiqlərini yekun olaraq darmadağın etməsində Azərbaycanın rolunu xatırladaraq, müharibəyə çağrılan 700 mindən çox azərbaycanlının yarısından çoxunun vətənə qayıtmadığnı qeyd edib. Bu cür tədbirlərin vacibliyini vurğulayan general-polkovnik Tofiq Ağahüseynov İkinci Dünya Müharibəsinin bitməsi tarixi, yəni Sovet qoşun qrupunun yapon Kvantun ordusunu darmadağın edərək İkinci Dünya Müharibəsinə nöqtə qoyması tarixi, 9 May Qələbə Gününün ölkəmiz üçün vacib tarix olduğunu qeyd edib. Müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışan Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Azərbaycanın prezidenti İlham Əliyevə, eləcə də Rusiya Federasiyanın prezidenti Vladimir Putinə öz minnətdarlığını bildirib. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov “Rus dünyası” fondunun icraçı direktor müavini Sergey Şurıqin tərəfindən 3 noyabr tarixində keçiriləcək XIV Rus Dünyası Asambleyasına dəvət olunub полная версия