Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

MN və DTX-dən ermənilərin terror hücumları ilə bağlı RƏSMİ AÇIQLAMA: Həlak olanlar var

10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb. Bu barədə Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilir. Ermənistanın rəsmi dairələrinə istinadən erməni kütləvi informasiya vasitələrində sözügedən silahlı dəstələrin meşəlik ərazidə azmış vəziyyətdə olduğu barədə məlumat verilmişdi. Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət etmişdi.

 
Azərbaycan tərəfi haqqında bəhs olunan erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə bağlı bütün şəraiti təmin edib. Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət edib və onların ərazidən təxliyyəsi üçün zəruri tədbirlərin görüldüyü bildirib. Ümumiyyətlə, Rusiya Federasiyası sülhməramlı qüvvələri atəşkəs rejiminin qorunub saxlanması və “itkin düşmüş”, “azmış” olduğu iddia olunan erməni hərbçilərinin ərazidən təxliyyəsi üçün məsuliyyətlə və yüksək peşəkarlıqla öz üzərinə düşən vəzifələri yerinə yetirib.
Həmin erməni silahlı dəstələri ərazini tərk etməyib, əksinə döyüş mövqeləri yaradıb və son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməlləri törədiblər. Belə ki, 2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində üç hərbi qulluqçumuz öldürülüb, iki nəfər yaralanıb, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı bir hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb. Qeyd olunan faktlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb. Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir. Ermənistan tərəfi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış erməni silahlı dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən çəkinməlidir. Azərbaycan Respublikası üçtərəfli bəyanatın müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün səylərini davam etdirir.

2020-12-13 00:00:00
3580 baxış

Digər xəbərlər

Ermənistan indi də ABŞ-dan dron alır: Əcaba niyə?

Ermənistan ABŞ-dan dəyəri 11 milyon dollar olan pilotsuz kəşfiyyat texnologiyaları alacaq. Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib. Bundan başqa, Ermənistanın TRIPP fondu vasitəsilə 9 milyard dollar investisiya əldə edəcəyi də məlum olub. Məlumat üçün qeyd edək ki, 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasından sonra da Hindistandan silah idxalını davam etdirən Ermənistanın indi də ABŞ-dan dronlar alması ciddi suallar doğurur. Hər addımında “sülh” bağıran, Azərbaycan və Türkiyə ilə iqtisadi-siyasi münasibətləri tədricən inkişaf etdirməyə başlayan, yeni müharibə ehtimalını təkidlə inkar edən Ermənistanın ABŞ-dan hərbi dronlar alması nə ilə bağlıdır? Hansı zərurət Ermənistanı ABŞ-la hərbi əməkdaşlığa vadar edir? Şübhsəsiz, Ermənistanın sürətlə silahlanma yarışını davam etdirməsi rəsmi İrəvanın qaranlıq məqsədlərindən, “ehtiyat variant və gələcəyə hesablanan bədxah niyyətlərindən” xəbər verir. Həm Fransa və Hindistandan, həm də ABŞ-dan həbi məhsullar alan Ermənistanın bununla yeni hərbi qarşıdurmalara hazırlaşdığı göz önündədir. Mövcud reallıqlar Ermənistanı hazırkı stats-kvo ilə barışmağa vadar etsə də, erməni faşizminin özü üçün əlverişli hesab etdiyi bir zamanda yenidən baş qaldıracağı birmənalıdır. Azərbaycan tarixi bu cür faktlarla zəngindir. Hansı ki, Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə yeni qarşıdurma ehtimalının mümkünlüyünü vurğulayıb, hər zaman belə bir qarşıdurmaya hazır olmağın zəruriliyini qeyd edib. Nümunə üçün qeyd edək ki, 14 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bu ehtimalı bir daha dilə gətirib, yeni qarşdırurmalara hazır olmağın vacibliyini qeyd edib: “İndi isə yeni dövr başlayıb - quruculuq dövrü, postmünaqişə dövrü. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”. (https://president.az/az/articles/view/52446 ). Dövlət başçısı 21 avqust 2025-ci ildə Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə məskunlaşan sakinlərlə görüşü zamanı da daim ayıq-sayıq olmağın önəmini vurğulayıb. Dünyada proseslərin sürətlə dəyişdiyini bildirən Prezident İlham Əliyev, bütün gözlənilməzliklərə hazır olmağın əhəmiyyətinə toxunub: “Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”. (https://president.az/az/articles/view/69911 ). Prezident İlham Əliyevin məlum xəbərdarlıq və tövsiyyələri, eləcə də, Ermənistanın durmadan silahlanması mümkün hərbi qarşıdurmalarla bağlı deyilənlərin mif olmadığını, hər an gerçəkləşə biləcək ehtimallar olduğunu göstərir. Bu isə o deməkdir ki, Azərbaycan Ermənistanın silahlanma cəhdlərini ifşa etməklə yanaşı, öz müdafiə və təhlükəsizliyini gücləndirməkdə davam etməli, 8 Noyabr zəfərini təkrarlamağa hazır olmalıdır. Seymur ƏLİYEV  

Hamısını oxu
Düşməni darmadağın edən əsgərlərimiz

Azərbaycan əsgəri yeni tarix yazır! Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur. O, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib. Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!!!

Hamısını oxu
TUMİB iftar süfrəsi təşkil edib

Tədbirdə şəhid ailələri də iştirak ediblər Veteran.gov.az xəbər verir ki, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) məzunların Azərbaycana inteqrasiyası, məzunlar arasında koordinasiyanın təmin edilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə töhvə vermək məqsədilə silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də aprelin 28-də - Müqəddəs Ramazan ayının qədir gecəsində təşkil edilib. Məzunları bir araya toplayaraq, mənəvi hissləri bir arada yaşamaq məqsədilə keçirilən tədbirdə 150-yə yaxın Türkiyə məzunu ilə yanaşı dövlət və hökumət nümayəndələri, Türkiyə məzunu olmuş Vətən müharibəsi şəhidləri Məmmədağa Səfərov və Murad Məmmədovun ailələri iştirak edib. İftardan öncə ilahiyyatçı hoca Sadiq Ramizoğlu Qurani Kərim oxuyaraq dualar verib. İftardan sonra tədbiri açıq elan edən TUMİB idarə heyətinin sədri Tural Əfəndiyev TUMİB-in hazırkı və gələcək fəaliyyəti haqqında məlumat verib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirinin səlahiyyətli nümayəndəsi, təhsil ataşesi Nihat Büyükbaş Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fuad Babayev cənab nazir Fərid Qayıbov adından məzunları və şəhid ailələrini salamlayıblar. Daha sonra Milli Məclisin deputatı, komitə sədri Sadiq Qurbanov çıxış edərək, Türkiyə-Azərbaycan münasibətlərindəki birlik, qardaşlıq və inkişaf haqqında danışıb. Millət vəkili iki qardaş ölkə arasındakı münasibətlərdə daha böyük irəliləyişlərə nail olmağın vacibliyini diqqətə çatdırıb. Tədbir Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Səlcuk Karakılıç , doktor Vaqif Qələndər və bir sıra məzunların çıxışları ilə yekunlaşıb.  

Hamısını oxu
Ziyalılığın təcəssümü

MÖHÜBBƏT NURULLAYEV - 85 ONLAR MASALLIDANDIR            Müəllim ömrü. Bu ömür tuş qələmlə səliqə-sahmanla, aldığı Fəxri fərmanlar, təşəkkürlər, fəxri adların, medalların vəsiqəsində yazılıb. Ali təhsil diplomunda qeyd olunub, əmək kitabçasında bir-birinin ardınca düzülüb. Bir ziyalı ömrünü bəzəyən, bir şəxsiyyətə başucalığı gətirən ömür! Möhübbət müəllimin mənəviyyatını oxucu üçün açır, onu oxucuya tanıdır. İnsan şəxsiyyətinin qiyməti, onun əməyə, təhsilə münasibəti, zəhmətsevərliyi, peşəsinə vurğunluğu ilə ölçülür. Belə insanlar ümidimizi sönməyə qoymurlar, həyat yollarında köməyiniz, dayağımız olurlar. Cəmiyyətdə nə qədər şəxsiyyətli adamlar çoxdursa, cəmiyyət də bir o qədər zəngin görünür.  Bu yazıda söz açdığım Möhübbət müəllim də öz xarakteri ilə Azərbaycan torpağında ucalan ziyalılarımızdandır.  Ziyalılığa, elm, bilik nuru saçan insanları şəxsiyyət kimi formalaşdıran peşə sahiblərinə borcumuz çoxdur. Müəllimlər insanın şəxsiyyət kimi yetişməsində ən böyük zəhməti olan insanlardır. Bu peşə sahiblərinin adı onlar üçün ən böyük şan-şöhrət, əvəzedilməz zirvədir.  Müəllimin fəaliyyəti, zəhməti cəmiyyətlə bağlıdır. Cəmiyyətə nüfuz edir. Gənc nəslin gələcəkdə bizi əvəz edənlərin ziyasından elm, təhsil vərdişi yaradır. Cəmiyyətin əvəzedicini hazırlayır. Ona görə də insanların belə adamlara təmənnasız xidmətkarlarına - müəllimlərə borcu çoxdur. Bu borcu Möhübbət müəllimi tanıyanlar hiss edir.  Yüzlərlə şagirdləri bu gün vəzifələrdə çalışır, elm adamlarıdır. Onlar həmişə ustadlarının hörmətini saxlayırlar.  Möhübbət müəllimin dərs dediyi məktəblərin coğrafiyası genişdir. Onun keçdiyi mənalı və şərəfli yolunu vərəqləyək.      TƏRCÜMEYİ - HALINDAN SƏTİRLƏR:    NURULLAYEV MÖHÜBBƏT AYAZ OĞLU 10 aprel 1938-ci ildə Masallı rayonunun Lürən kəndində anadan olmuşdur.  İkinci Dünya müharibəsi başlananda 3 yaşı vardı. Atası Ayaz kişi cəbhəyə yola düşəndə balaca Möhübbəti öpüb qucaqlamaq istəyəndə o tez qaçaraq Fati anasının qucağına sarıldı və ağladı. Bu onun atası ilə son görüşü oldu. Ayaz kişi müharibədən qayıtmadı və itkin düşdü. Fati ana 3 yaşlı Möhübbəti və körpəsini - Cənnəti atasız böyütdü, onlara həm ata oldu, həm də ana...      MÖHÜBBƏT MÜƏLLİMİN DEDİKLƏRİNDƏN:      - Atam Ayaz Nurullayev 1941-ci ilin dekabr ayında cəbhəyə gedib və müharibədə itkin düşüb. Atamın simasını çox çətinliklə xatırlayıram. Atam haqqında düşünərkən gördüklərim, bildiklərim və eşitdiklərim gözlərim önündə canlanır. Bu zaman uşaq kimi kövrəlirəm, müharibəni törədənləri dönə-dönə lənətləyirəm. Biz zamanın burulğanında məhv olmadıq, böyüdük, yaşa dolduq, təhsil aldıq və ailə sahibi olduq.  Anam Nurullayeva Fati Niftulla qızı 1913-cü ildə Masallı rayonunun Lürən kəndində anadan olub. 2000-ci ilin iyun ayının 27-də vəfat edib.  İki qardaş olmuşuq - mən və Cənnət. Oxuduq, işlədik, çox əziyyətlə böyüdük. Qardaşım - Nurullayev Cənnət Ayaz oğlu 25 avqust 1942-ci ildə anadan olub. Türkmənistan Respublikasının Türkmənbaşı şəhərində Tibb kollecində feldşerliyi oxuyub. Sankt-Peterburq, Kaluqa və Moskva şəhərində "Sokolnik" sanatoriyasında baş həkimin müavini olub. Yüksək ixtisaslı həkim kimi 44 il işləyib..." Gənc Möhübbət ilk təhsilini Ərkivan qəsəbəsində "Ağ Məktəb"də alıb. Sonrakı 1958-1960-cı illərdə kənddə o vaxtkı "Çapayev" adına kolxozda təsərrüfatın müxtəlif sahələrində çalışıb. Gəncliyi müharibədən sonrakı illərə təsadüf edib. Kəndin, təsərrüfatın dirçəlişində arxa cəbhədə çalışanlar da döyüşçü idilər. Gənc Möhübbət də qolunu çırmayıb istehsalatda canı-dildə işlədi. İnsan harada işləyərsə, öz işini dəqiq, təmiz görməli və özünə hörmət qazanmalıdır. Onun zəhmətkeşliyindən çox danışmaq, yazmaq da olar. Bu yolun çətin anları da olub, sevinc anları da... İstehsalatdan sonra ali məktəbə qədəm qoydu.  1960-1965-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldı, fizika-riyaziyyat müəllimi diplomu ilə ali təhsillilər sırasında kəndə qayıtdı. Həmin ildən taleyini məktəbə bağladı.      1965-1970-ci illərdə Masallı rayonunun Mollaoba kənd 8 illik məktəbində fizika-riyaziyyat müəllimi, 1970-1976-cı illərdə Masallı rayonunun Bədəlan kənd orta məktəbində fizika-riyaziyyat müəllimi, 1976-2011-ci illərdə Masallı rayonunun Lürən kənd Faiq Şükürov adına orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. Təqaüdə çıxana qədər doğma Lürən kəndində zəhmətkeş balalarına dərs demişdir. Təkcə elm, bilik öyrətməmiş, onları həyatın qədrini bilməyə, düz yola çağırmışdır.   Böyük Məhəmməd Füzulinin şeirlərinin birində deyildiyi kimi:          Ömrün əziz ikən təbin təzələr,          Dünya zəncirinə bağlama hədər.          Allaha xoş gedən xeyirli iş gör,          Qoyma ki, həyatın keçə bisəmər. Müəllim adı ona verilən bütün təşbehlərdən üstündür. Həyatımızı müəyyən məcraya yönəldən, bizi elm, bilik yoluna çıxaran müəllimlərimizin əli əlimizdə olanda güclü, qüvvətli oluruq. Möhübbət müəllim də belə ziyalılarımızdandır. O da elmi, savadı ilə neçə şagirdin ömrünə çıraq tutub.  Möhübbət müəllim ictimai işlərdə daha çox fəallığı ilə tanınıb. 1960-cı ildən Respublika Həmkarlar İttifaqının üzvü və Masallı rayon Təhsil İşçiləri Həmkarlar İttifaqının Lürən kənd məktəb həmkarlar təşkilatının sədri olmuşdur.  1990-cı ilin mart ayına qədər 28 saylı seçki Dairəsindən Masallı rayonu Musaküçə kənd Xalq Deputatları Sovetinə deputat seçilmişdir.  11 noyabr 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.  19 sentyabr 2013-cü il tarixdə təqaüdə çıxıb.      1 iyul 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Əmək veteranı" adına layiq görülmüşdür.   Masallıda Möhübbət Nurullayevi təcrübəli fizika-riyaziyyat müəllimi, təhsil işini yaxşı bilən mütəxəssis, gözəl insan, səmimi ailə başçısı kimi tanıyırlar. Həmişə xoş təbəssümlü, gözlərində parlaqlıq, həyat eşqi gördüyümüz bu insana 85 yaşı olmasına ilk baxışdan şübhə edirsən. Ölçülü-biçili hərəkətlərinə fikir verəndə, məşvərət - məsləhətlərinə qulaq asanda, müsahib olanda isə bu həqiqətə inanırsan. Möhübbət müəllim 1978-ci ildə Gülməxmər Şəküllə qızı ilə ailə həyatı qurub.1959-cu il təvəllüdlü Gülməxmər ana Lürən kənd məktəbində işləyib. 2016-cı ildə 4 sentyabrda vaxtsız dünyasını dəyişib, Lürən kənd qəbristanlığında dəfn olunub. Allah rəhmət eləsin! Möhübbət müəllim bir valideyn kimi övlad yolunda çox əziyyətlər çəkib. Həyat yoldaşı Gülməxmər xanımla cəmiyyət üçün layiqli, yararlı övladlar böyüdüblər. Dəyərli məsləhətləri, gözəl tərbiyəsi ilə balalarının yoluna işıq saçıb Möhübbət müəllim! Onlara tələbkar olduğundan hər birini xasiyyətcə gözəl formalaşdırıb.  Altı övlad - 5 oğul, 1 qız tərbiyə edən Möhübbət müəllimə bu işdə ömür yoldaşı Gülməxmər ana həmişə dayaq olub. Övladları - Tariyel, Maqsud, Fidan, Qoşqar, Əlisəfa, Ayaz. Onlar da bu günümüzün yaradıcılarıdırlar. Ataya, anaya öz hərəkətləri ilə şöhrət, hörmət gətirmişlər. Atalarını "ATA", analarını "ANA" adı ilə çağıran övladlar bu müraciətin şirinliyini həmişə qoruyub saxlamışlar. Möhübbət baba ilə Gülməxmər nənənin 11 nəvəsi vardır. Mənzər, Nihat, Fatimə, Fayaz, Firuzə, Fariz, Ariz, Nurgül, Aygül, Gülməxmər, Miray adlı şirin-şəkər nəvələri baba ilə nənənin ömür bağçasının çiçəkləyən arzuları və davamçılarıdırlar.  

Hamısını oxu