Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

ABŞ-dan Vətən Müharibəsinə gələn çavuş

Sentyabr ayında Vətən Müharibəsində könüllü iştirak etmək üçün ABŞ-dan Azərbaycana yollanan Hüseyn Məmmədov yaşadığı Nyu-York şəhərinə geri qayıdıb. Qəhrəman hərbçini ailəsi və yaxın dostları Nyu-Yorkun Kennedi hava limanında qarşılayıblar. O, bir neçə ildir ailəsi ilə bərabər ABŞ-ın Nyu-York şəhərində yaşayır. Vətən Müharibəsinin ilk günlərində o, ailəsinə “İstanbula istirahətə gedirəm” deyərək birbaşa cəbhəyə yollanır.

 
H.Məmmədov orduda məxfi hissənin sürücüsü vəzifəsində, kiçik çavuş olaraq xidmət edib. O, Şuşa şəhərinin işğaldan azad olunmasında yaxından iştirakı ilə tanınıb. H.Məmmədov bildirir ki, müharibədə ona ən yaxın yol yoldaşı olan ayaqqabılarını da ABŞ-a gətirib: “Böyük fəxr hissi keçirirəm. O qədər qürurluyam ki, hisslərimi ifadə etməkdə acizəm. Hətta o çəkmələrimi də özümlə gətirmişəm. O torpaqlarda gəzdiyim çəkmələrim indi mənim ən dəyərli əşyamdır”.

2021-01-09 00:00:00
3226 baxış

Digər xəbərlər

Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib. Veteran.gov.az xəbər verir ki, paylaşımda deyilir: Ramazan ayınız mübarək! Bütün dünya müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edir, Allahdan hər kəsin dua və orucunun qəbul olunmasının diləyirəm!  

Hamısını oxu
“Gənclər və İdman Nazirliyinin, o cümlədən onun tabeliyindəki Nərimanov Rayon Gənclər və İdman İdarəsinin şəhidlərimizin xatirəsinə həsr etdiyi turnirlər alqışlanmalıdır”

 Naqif Həmzəyev: “Bu yarışlar gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir”   “Şəhidlərimiz və qazilərimiz içərisində çempion titulu qazanan idmançılar var”   Artıq bir ilə yaxındır ki, Gənclər və İdman Nazirliyi, o cümlədən bir sıra gənclər və idman idarələri şəhidlərin xatirəsinə həsr edilən müsabiqə və turnirlər təşkil etməkdə, idman yarışları keçirməkdədir. Bu baxımdan Nərimanov Rayın Gənclər və İdman İdarəsi öz məhsuldarlığına, liderlik mövqeyinə görə xüsusilə seçilir.   Gənclər və İdman Nazirliyi, o cümlədən onun tabeliyində olan Nərimanov Rayon və Gənclər İdarəsinin  təşkilatçılığı ilə bu cür idman yarışlarının, müsabiqələrin keçirilməsi həm vətənpərvərlik təbliğatı, həm də şəhidlərimizin, qəhrəmanlarımızın tanıdılması baxımından nə dərəcədə əhəmiyyətlidir?   Veteran.gov.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu cür müsabiqələrin mühüm önəm kəsb etdiyini vurğulayıb:   “Şəhidlərimizin, qazilərimizin adı ilə keçirilən bütün tədbirləri alqışlayırıq. Burada bir hədəf, bir məqsəd var. O da gənclərimizi milli ruhda, vətənpərvərlik ruhunda yetişdirmək, həmin qəhrəmanların Vətən müharibəsindəki şücaətini cəmiyyətə çatdırmaqdan ibarətdir. Məqsəd həm də canlı qəhrəmanların nümunəsində vətənpərvərlik sevgisini təbliğ etməkdir.   Bizim idmançı şəhidlərimiz və qazilərimiz içərisində çempion titulu qazanan şəxslər var idi. Onlar şöhrət qazanan, məşhurluq əldə edən insanlar idi. Onlar könüllü olaraq ordu sıralarına yazıldılar və sona qədər döyüşdülər.   Hesab edirəm ki, şəhidlərimizin, qazilərimizin adına həsr edilən turnirlər sağlam həyat tərzinin təbliğində də mühüm rol oynayacaq. Gənclər özlərinə həmin şəhid və qaziləri nümunə seçəcəklər. Bu cür turnirlər gələcək illərdə daha çox keçiriləcək. Çünki pandemiya son bir il ərzində daha çox tədbir keçirməyə imkan vermədi. Amma əminəm ki, qarşıdakı illərdə bu cür turnirlər, yarışlar daha çox olacaq.   Mən bütün nazirliklərə, dövlət qurumlarına səslənirəm. Bütün qurumlar çalışmalıdırlar ki, şəhidlərimizi təbliğ etsinlər, onların adına həsr edilən müsabiqələr keçirilsin. Biz də millət vəkilləri olaraq bu cür tədbirlərin təbliğinə kömək etməli, bu tədbirlərdə iştirak etməliyik. Bu baxımdan istər Gənclər və İdman Nazirliyinin, istərsə də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin həyata keçirdiyi müsabiqə və turnirləri alqışlayır, bunu son dərəcə faydalı hesab edirəm”.   Seymur ƏLİYEV

Hamısını oxu
Xocalı Soyqırımının 30 illik ildönümü ilə bağlı Niderland Krallığında silsilə tədbirlərin keçiriləcək

Veteran.gov.az xəbər verir ki, Xocalı Soyqırımının 30 illik ildönümü ilə bağlı Niderland Krallığında silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb. Bu barədə Benilüks Azərbaycanlıları Konqresinin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir: “Rotterdam şəhərində yerləşən Life&Changing İncəsənət və Mədəniyyət Mərkəzində Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalıya Ədalət adlı anım tədbiri keçirilmişdir. Tədbir işinə Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra, Xocalı Faciəsinə həsr edilmiş film nümayiş etdirildi. Giriş sözü ilə tədbiri BAK-ın sədri Elsevər Məmmədov açdı. Daha sonra söz Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundova verildi. Xocalı həqiqətlərinin bütün dünyaya yayaraq ədalət istənilməsini vurğulayan cənab səfir, törədilən cinayətlərin hələ də araşdırılmadığını və ədalət istəyimizin cavabsız qalmasını qeyd etdi. Bu haqq işində mübarizənin davam edilməsinin zəruri olduğunu söylədi. Tədbirdə, Ana Vətən təşkilatının sədri Mayisə Ağamirzəyeva da çıxış etdi. Tədbirin kiçik iştirakçılarından olan Sara seyr etdiyi filmdən təsirlənərək öz hisslərini bölüşüb, bir daha müharibənin olmamasını və həmişə sülh və əminamanlığın olmasını arzuladı. Onu qeyd etmək lazımdır ki, tədbirdəki qonaqların əksəriyyəti holland cəmiyyət və təşkilatlarının nümayəndələri olduğundan tədbir əsasən holland dilində keçdi. Döğma dilimizdəki çıxışları holland dilinə tərcümə edən tədbirin aparıcısı, BAK sədrinin müavini Lamiyə Babayeva idi. Rəsmi hissədən sonra, qonaqlar Xocalı Soyqırımının 30 cu il dönümü münasibətilə təşkil edilmiş sərgidə iştirak etdilər. Sərgidə Niderland Krallığında yaşayan tanınmış rəssam Rasim Hüseynovun və onun xanımı Vəfa Rüstəmovanın Azərbaycan xalqının başına gələn müsibətlərdən təsirlənərək yaratdıqları sənət əsərləri və Xocalı Faciəsini əks etdirən foto tabloları nümayiş etdirildi. Qonaqlar, kamança ustası İlham Babayevin ifasında muğam kompozisiyarını dinlədilər. Filmdən və Soyqırım haqda verilən məlumatlardan təsirlənən holland qonaqlar, XX əsrdə törədilən bu cür qeyri insanı hərəkətlərin yol verilməzliyini və xalqımızın başına gətirilən bütün haqsızlıq və bəlalardan təəssüfləndiklərini bildirdilər. Müxtəlif fikirlər və mübadilələrdən sonra tədbir öz işini yekunlaşdırdi”.  

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu