Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 21-də və 22-də Şəmkir, Qazax və Tovuz rayonlarında təşkil olunub. Bu konfranslarda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Balaşov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil işçiləri və gənclər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar. Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq toplantının əhəmiyyətindən söz açıblar. Milli-mənəvi dəyərlərimizin formalaşmasında, yaşadılmasında və gənclərə aşılanmasında ağsaqqal sözünün daşıdığı önəmi vurğulayan natiqlər yaşlı nəslin nümayəndələrinin rayonun ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini bildiriblər. Rəhbər vəzifəyə təyin olunduqları ilk günlərdən etibarən mütəmadi olaraq ağsaqqallarla görüşdüklərini, onların məsləhət və tövsiyələrinə əməl etdiklərini söyləyən icra başçıları gənclərin vətənpərvərlik ruhunda, sağlam təməllər üzərində tərbiyəsi işində ağsaqqallara həmişə böyük ehtiyacın duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun, Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurovun və Tovuz Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahovun yerli təşkilatlar tərəfindən son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıya qoyulan vəzifələr barəsində məruzələri dinlənilib. Natiqlər Rayon Ağsaqqallar Şurasının üzvlərinin təhsil müəssisələrində keçirilən görüşlərdə və digər tədbirlərdə cəmiyyət üzvləri, xüsusilə də gənclərimizlə maarifləndirici, o cümlədən ordumuzun qəhrəmanlıq tarixi mövzusunda söhbətlər aparıldığını, onların milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunda tərbiyəsi işinə böyük önəm verildiyini qeyd ediblər. Vurğulayıblar ki, həm pandemiya dövründə, həm də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi zamanı rayon ağsaqqalları öz fəaliyyətlərini davam etdirərək xalqımızın həmrəy olmasında, daxili və xarici düşmənlərimizə, o cümlədən xəstəliklərə qarşı mübarizə aparılmasında yaxından iştirak ediblər. Çıxışçılar gələcəkdə öz fəaliyyətlərini daha səmərəli və əhatəli qurmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Lakin ağsaqqallarımızın daha yüksək potensiala malik olduqlarını bildirərək koronovirus pandemiyasının, demək olar ki, aradan qalxdığı bu dövrdə onların fəaliyyətində daha böyük canlanmanın olacağına əminliyini ifadə edib. Öz çıxışında ağsaqqallıq institutunun qədim tarixə malik olduğunu söyləyən Bayram Yusifov xüsusilə türk tayfalarında və bu gün onların davamçıları olan türk dövlətlərində böyük nüfuz sahibi olan ağsaqqallara yüksək dəyər verildiyini qeyd edib. Hazırda Türk Dövlətləri Təşkilatında (TDT) üzv ölkələrin ağsaqqallarının təmsil olunduğu Ağsaqqallar Şurasının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Natiq qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası da Eldar Quliyevin rəhbərliyi ilə TDT-nin Ağsaqqallar Şurasının işində yaxından iştirak edir, təşkilata üzv olan türk dövlətlərinə işgüzar və səmərəli səfərlər həyata keçirilir, bir sıra sahələr üzrə əməkdaşlıqlar genişləndirilir. Bayram müəllim, həmçinin, ulu öndər Heydər Əliyevin ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıraraq onlara verdiyi yüksək dəyərdən və bu gün həmin qayğının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük həssaslıqla davam etdirilməsindən də bəhs edib. O, öz çıxışında ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olmadığı, sözün əsl mənasında ağsaqqalsız qaldığımız dövrlərdə Azərbaycanın yaşadığı böyük problemləri tədbir iştirakçılarına xatırladaraq Ümummilli Liderin xilaskarlıq missiyasından, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesindən, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən və işğaldan azad olunmuş torpaqlarımızda gedən genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açıb, ölkə əhalisinə, xüsusilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Hazırda Azərbaycan Ağsaqqallar Şurasında, onun yerli təşkilatlarında canlanmanın müşahidə edildiyini vurğulayan natiq bildirib ki, biz ağsaqqallar daha da fəal olmalıyıq, dövlətimizin, ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizi sevməyən daxili və xarici qüvvələrə, cəmiyyətimizdəki neqativ hallara qarşı ciddi mübarizə aparmalıyıq, gənclərlə maarifləndirici işlərimizi daha da artırmalıyıq. Konfranslarda rayonların Ağsaqqallar Şuralarının üzvləri, həmçinin yerli təşkilatların nümayəndələri, ziyalılar və digər natiqlər çıxış edərək ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli fəaliyyətdən bəhs ediblər. Vurğulayıblar ki, xalqımizi daha da qüvvətləndirən ağsaqqal sözüdür və ağsaqqallara hörmət millətə, dövlətə hörmətdir. Azərbaycanın hər bir bölgəsində belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə, habelə ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Tovuzda keçirilən konfransda Rayon Ağsaqqallar Şurasının sədri Tofiq Zeynalova yeni vəsiqə təqdim edilib və ona gələcək fəaliyyətində uğurlar arzulanıb. Səfər çərçivəsində ənənəvi olaraq Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov yerli təşkilatların iş otaqları, onlara yaradılan şəraitlə və göstərdikləri fəaliyyətlə yaxından tanış olub, öz tövsiyələrini verib, həmçinin mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurumlarla məsləhətləşmələr aparılıb.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup nümayəndəsi təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında ulu öndərin məzarını ziyarət edib. Ziyarət əsnasında Heydər Əliyevin məzarının önünə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından əkil və gül dəstələri qoyulub, ümummilli liderin ölümsüz xatirəsi ehtiramla yad edilib.
Hamısını oxu
Dünyada elə şəhərlər var ki, onlar öz ruhu, təbiəti, tarixi, mədəniyyəti, sakinləri ilə klassik şəhər anlayışına sığmır, bu anlayışın fövqündə, əlahiddə bir ucalıqda qərar tutur. Bu cür şəhərlərlə elə ilk tanışlıq onu həmin adama doğmalaşdırır, insanda bu şəhər haqqında saf, gözəl, sevgi dolu duyğular oyadır. Öz ecazkarlığı, əsrarəngizliyi ilə insanı ovsunlayan, onun qəlbində özünə əbədi yer edən belə şəhərlərdən biri də Ordubaddır. Ulu öndər Heydər Əliyevin vurğun olduğu, tarix və təbiətin bir-birini tamamladığı, harmoniya təşkil etdiyi qədim Ordubad! May günəşinin qızıl şəfəqləri altında tarixi şəhərlə görüş... 19 may 2025-ci ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvanda “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda keçirilən konfransından sonra bir neçə saatlıq zaman fasiləsindən istifadə edərək Ordubada səfər etməyə qərar verdik. Maşınımız Naxçıvandan Ordubada gedən yolla yüksəkliyə doğru qanadlandıqca dəyişən təbiət mənzərələrini heyranlıqla seyr edir, heç bir epizodu nəzərdən qaçırmamağa çalışırdıq. Şəhərə doğru yaxınlaşdıqca yaşıllıqların sayı sürətlə artır, pak, təmiz hava insanın ciyərləri ilə yanaşı, ruhuna da süzülürdü. Dağların qoynunda yerləşən və üzü ucsuz-bucaqsız düzənliklərə açılan şəhər bizi uzaqdan xüsusi bir doğmalıqla salamlayır, öz müdrik görünüşü ilə sanki hər şeyi gördüyünü, hər bir qonağın gəlişindən və niyyətindən xəbərdar olduğunu diqqətə çatdırırdı. Ordubad Şəhidlər Xiyabanından müstəqillik tariximizə baxış Ordubadda ziyarət etdiyimiz ilk məkan Şəhidlər Xiyabanı oldu. Şəhidlər Xiyabanınındakı təmizlik və yaşıllıq Ordubad sakinlərinin, eləcə də şəhər rəhbərliyinin qəhrəmanların uyuduğu bu məkana olan ehtiramından, sevgi və həssaslığından xəbər verirdi. Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində, aprel döyüşlərində, Vətən müharibəsində və anti-terror əməliyyatında həlak olan şəhidlərin məzarı yer almışdı ki, bu da cəsur Ordubadın doğma Azərbaycanın müdafiəsi naminə göstərdiyi fədakarlıqdan, verdiyi böyük qurbanlardan xəbər verirdi. Soyuq mərmərdən insanın qəlbinə nüfuz edən isti baxışlar adamı istər-istəməz xalqımızın mütəqillik dövrünə nəzər salmağa, müharibə və mübarizələrlə zəngin yaxın tariximizə boylanmağa vadar edir. Müstəqilliyimizin ilk illərindən etibarən blokada şəraitində erməni faşizminə qarşı mübarizə aparan, sadəcə hərbi deyil, iqtisadi baxımdan da böyük çətinlikləri dəf etməyə məcbur qalan fədakar ordubadlıların qəhrəmanlığı insanda qeyri-iradə rəğbət hissi oyadır. Bu mənada Şəhidlər Xiyabanı açıq səma altında tarix muzeyi təsiri bağışlayır, vətənin azadlığı və müstəqilliyi uğrunda aparılan amansız mübarizələri, ölüm-dirim savaşlarını yada salır. Çinarlar və qızılgüllər şəhəri... Ordubadda diqqəti cəlb edən əsas məqamlardan biri də küçə və parklarda çinar və qızılgüllərin hədsiz çoxluğudur. Bu mənada Ordubadı çinarlar və qızılgüllər şəhəri də adlandırmaq olar. Ordubad tarixən meyvə ağacları ilə məşhur olsa da, buradakı çinarların əzəməti, qızılgüllərin rəngarəngliyi və ətri bu qədim şəhərə qeyri-adi gözəllik bəxş edir. Şəhərdəki yaşıllıq sakinlərin təbiətə olan münasibətindən, sevgi və qayğısından xəbər verir. Dünyamızda ekoloji problemlərin kəskinləşdiyi, yaşıllıqların önəminin artdığı bir zamanda Ordubad ekoloji baxımdan təmiz “yaşıl ada”nı xatırladır. Burada hər şey təbiətin ilkinliyindən, saflığından, insan-təbiət arasındakı münasibətlərin duyarlılığından xəbər verir. Şəhər və onun ətrafındakı bəzi çinarlar ilə sadəcə öz görünüşü ilə deyil, həm də yaşı ilə insanda maraq oyadır. Yerli sakinlərlə söhbət zamanı məlum oldu ki, şəhər və onun ətrafında yaşı 500 və daha çox olan qədim çinarlar mövcuddur ki, onların hər biri uzaq tarixin canlı yadigarı sayıla bilər. Onu da qeyd edək ki, bu qədim çinarların bəzisinin gövdəsi içərisinə bir neçə nəfəri sığdıra biləcək qədər böyükdür. Hansı ki, belə çinarların gövdəsində keçirdiyi bir neçə saniyəlik zaman belə insana ən böyük, ən qədim, ən etibarlı evinin məhz təbiət olduğu gerçəyini yada salır. İnsan bu cür çinarların kölgəsi və sərinliyi altında təbiəti qorumağın nə qədər vacib və əhəmiyyətli olduğunu bütün ruhu ilə hiss edir. “Dünyanın borclu olduğu adam”la görüş... Ordubada səfər çərçivəsində ziyarət etdiyimiz məkanlardan biri böyük alim Yusif Məmmədəliyevin ev muzeyi oldu. İkimərtəbəli muzeyin ikinci mərtəbəsində ekspozisiya zalı yerləşir ki, burada minlərlə eksponat qorunub saxlanılır. Bu eksponatlar sayəsində sadəcə Yusif Məmmədəliyevin həyat və fəaliyyət yolunu deyil, İkinci Dünya müharibəsi zamanı Azərbaycan xalqının faşizmə qarşı mübarizə tarixini izləmək, eləcə də o dövrdəki elmi-mədəni mühiti öyrənmək mümkündür. Ev muzeyinin direktoru Elvira İbrahimovanın sözlərindən məlum olur ki, 1975-ci ildən fəaliyyət göstərən və 2005-ci ildə restavrasiya olunan ev muzeyinə maraq kifayət qədər böyükdür. Bunu ev muzeyini ziyarət edən qonaqların sayı da sübut edir. Yusif Məmmədəliyevin ev muzeyini ziyarət edənlər araında xeyli sayda əcnəbiyə də rast gəlmək mümkündür ki, bu da böyük alimin dünya miqyasındakı şöhrətindən, beynəlxalq aləmdə ona olan maraqdan xəbər verir. Heç şübhəsiz, Yusif Məmmədəliyevin bəşəriyyət qarşısındakı ən böyük xidməti onun İkinci Dünya müharibəsi zamanı yüksək oktanlı aviasiya benzinini kəşf etməsidir. Məhz bu icadı ilə Yusif Məmmədəliyev SSRİ-yə faşist ordusu qarşısında ciddi texniki üstünlük qazandırmış, qələbəyə böyük töhfə vermişdir. Müharibə zamanı Yusif Məmmədəliyev “Molotov kokteyli” digər partlayıcıların yeni tərkibdə işlənib hazırlanmasını da təmin etmiş, onun elmi kəşfləri bu sahədə əsl inqilab yaratmışdır. Yusif Məmmədəliyevin ev muzeyi ilə tanışlıq əsnasında bunu da öyrəndik ki, böyük alimin kəşfləri insanların sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişafına da ciddi təkan verib. Belə ki, görkəmli alim süni kauçukun yeni alınma üsulunu işləyib hazırlamış və onun hazırladığı bu üsul Fransa və digər dövlətlərdə hazırlanan süni kauçukdan daha ucuz və daha keyfiyyətli məhsul əldə etməyə imkan vermişdir. Etil spirti, süni liflər və digər məhsulların da yenidən və effektiv şəkildə işlənməsi Yusif Məmmədəliyevin adı ilə bağlıdır. Azərbaycanın ilk kimyaçı akademiki olan Yusif Məmmədəliyevin ev muzeyinin həyətindəki “qızılgül dənizi” də füsunkar gözəlliyi ilə diqqət çəkir, insanı real dünyadan xəyallar aləminə aparır. Ziyarət əsnasında məşhur alimin ev muzeyinin yaxınlığındakı əzəmətli büstünə də baş çəkməyi özümüzə borc bilir, onun böyüklüyü önündə baş əyirik... Ordubad Tarix Diyarşünaslıq Muzeyində tarixə yolçuluq... Ordubada səfər zamanı üz tutduğumuz məkanlardan biri də Tarix Diyarşünaslıq Muzeyi oldu. Muzeydə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən guşə fəaliyyət göstərir. Hansı ki, həmin guşənin yanında Ulu öndərin Ordubadla bağlı səsləndirdiyi tarixi sözlər yer alır: “Ordubad Azərbaycanın incisidir”. Muzeyin içərilərinə doğru addımladıqca Azərbaycan xalqının zəngin tarixi və mədəniyyətindən xəbər verən çoxsaylı eksponatlar, maddi-mdəniyyət nümunələri sürətlə bir-birini əvəz edir. Burada antik toxuculuq alətlərindən tutmuş çini qablara, müxtəlif sənətkarlıq məhsullarına, eləcə də xalçaçılıq nümunələrinə rast gəlmək mümkündür. Üzərində qədim yazılar olan daş kitabələr də Ordubad Tarix Diyarşünaslıq Muzeyinin zəngin eksponatları sırasına daxildir. Muzeydə Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərlə bağlı da ayrıca guşə fəaliyət göstərir ki, burada şəhidlərin şəkli və onlar haqqında məlumatla tanış olmaq mümkündür. Muzey daxilində şəhidlərimizlə bağlı guşənin yaradılması sadəcə Tarix Diyarşünaslıq Muzeyinin deyil, bütövlükdə Ordubad insanının, həmçinin, rayon rəhbərliyinin öz şəhidinə olan sevgi və ehtiram dolu münasibətindən xəbər verir. Dırnıs – “Ordubadın İsveçrəsi” Ordubad rayonunun özü kimi onun kəndləri də həm qeyri-adi təbiət mənzərələri, həm də burada yaradılan müasir istirahət mərkəzləri ilə diqqət çəkir. Öz tarixi-mədəni keçmişi ilə yanaşı, həm də zəngin təbiəti ilə diqqət çəkən belə kəndlərdən biri də Dırnısdır. Dırnısda təbiət gözəllikləri ilə insan əməyi tam bir vəhdət təşkil edir ki, bu da həmin kəndi bura qonaq gələn hər kəs üçün vazkeçilməz edir. “Səmanın qoynundakı yaşıl cənnət” təəssüratı yaradan Dırnısda bəzən cəmi bir neçə saat içində təbiətin bütün rəngarəngliyini yaşamaq mümkündür. Parlaq günəş şüalarının qısa zamanda qara buludlar və gur yağışla əvəzlənməsi, bahar təravətli dəqiqələrin anidən payıza məxsus tutqun və nisgilli hava ilə əvəzlənməsi Dırnısa xas özünəməxsus xüsusiyyətlərdən biridir. Burada müasir tələblərə cavab verən ictimai iaşə müəssisələri, istirahər mərkəzləri və s. var ki, bu da Dırnısa turist axınını stimullaşdıran əsas amillərdən biridir. Təsadüfi deyil ki, bu kənd sadəcə Ordubadın deyil, bütün Naxçıvan diyarının İsveçrəsi hesab edilir ki, bu da ilk növbədə onun misilsiz təbiəti ilə bağlıdır. Dırnısda inşa edilən süni göl və digər su hövzələrində farel balıqlarına, eləcə də təbiətin digər nadir nümunələrinə rast gəlmək, onları yaxından izləmək mümkündür. “Cənnətdən bir parça torpaq” təsiri bağışlayan bu kənddə qonaq olmaq nə qədər xoşdursa, ondan ayrılmaq bir o qədər çətindir. Və biz də beləcə - Dırnısı görməyin sevinci və ondan ayrılmağın əzabı içərisində vətənimizin bu gözəl guşəsi ilə çətinliklə vidalaşırır və deyirik: “Yenidən görüşənə qədər!” Seymur ƏLİYEV
Hamısını oxu
Очень горько и обидно за тех, кто не дожил до великого дня Победы” Тофик Агагусейнов В условиях, когда страна находится на грани войны из-за бездумной, авантюрной армянской политики, невольно размышляешь о военной истории Азербайджана, его военных деятелях. Общепризнан вклад Азербайджана в мировую культуру. Поэзия, музыка, искусство Азербайджана стали достоянием человечества. На переднем крае поисков истины находится наука Азербайджана. Но наш край известен и как родина выдающихся полководцев и борцов за социальную справедливость. Как тут не вспомнить Бабека, Кер оглы, Гачаг Наби. После присоединения Северного Азербайджана к России генералами российской империи стали десятки азербайджанцев, в их числе выдающиеся Али Ага Шихлинский, Гусейн Хан Нахичеванский и Самедбек Мехмандаров. Генералы-азербайджанцы были и в турецкой армии, особенно яркие страницы в истории турецкой армии оставили братья Сарыкеримли. В советское время сформировалась целая плеяда генералов-азербайджанцев, особенно прославились дважды герой Советского Союза, командир танковой дивизии генерал-майор Ази Асланов, генерал-лейтенант Гусейн Расулбеков и соруководитель советской космической программы, председатель Государственной комиссии по испытаниям космических кораблей в течении 25 лет генерал-лейтенант артиллерии Керим Керимов. Удивительно, все генералы-азербайджанцы, независимо от того в какой армии они служили, были любимцами солдат, отличались не только храбростью, верностью службе, но и впечатляющей эрудицией, основательными знаниями военной науки. Их высокие человеческие качества, нравственность внушало доверие и объединяло вокруг них людей. Представляется, что в данном случае проявлялся культурный архетип типичного азербайджанца – уравновешенность, доброжелательность, любознательность… Эстафету воинской славы взял у своих выдающихся предшественников и достойно пронес через всю жизнь Тофик Якубович Агагусейнов. Тофик Якубович единственный азербайджанец, ставший генерал-полковником Советской Армии. Родился генерал 1 февраля 1923 года в городе Нуха (Шеки) Азербайджанской Республики в семье врача. В 1940 году поступил в Азербайджанский индустриальный институт. Однако Великая Отечественная война внесла свои коррективы. Осенью 1941 года в институт, где учился Тофик, пришел представитель военкомата — набирать желающих перевестись в Бакинское училище зенитной артиллерии. “Почти весь наш курс туда и записался, так для меня началась воинская служба”, — вспоминает Тофик Якубович. С октябре 1942 года до 1944 года Агагусейнов проходил службу в Архангельске в качестве командира зенитно-артиллерийского взвода, прикрывавшего портовые сооружения, места разгрузки транспортных конвоев союзников и другие объекты от налета авиации противника. В 1944 году его дивизион вошел в состав 1-го Белорусского фронта и Тофику Якубовичу довелось участвовать в Висло-Одерской и Берлинской операциях. Тяга к знаниям определила дальнейшую судьбу Агагусейнова, он в1949 году стал слушателем Военной Академии имени Ф. Э. Дзержинского. По завершении учёбы, с 1954 года продолжил службу в разных регионах Советского Союза. В 1981 году приказом министра обороны СССР Тофик Агагусейнов стал представителем Главнокомандующего Объединёнными Вооруженными Силами государств-участниц Варшавского договора при командующем ПВО Чехословацкой народной армии. В 1987 году, отслужив более 40 лет, генерал демобилизовался. Однако драматические события начала 90-х годов, повлекшие распад Советского Союза, нашествие армян на Карабах вернули генерала в строй. Он не мог созерцать вакханалию армянских захватчиков, и был убежден, что предотвратить разорение азербайджанских земель сможет только современная армия. В 1992 году генерал-полковник Тофик Агагусейнов стал внештатным советником по военным вопросам президента Азербайджана. Президент высоко ценил профессиональные и человеческие качества генерала, его дельные, конкретные предложения по военному строительству. По настоянию Гейдара Алиева 21 апреля 1997 года Тофик Агагусейнов был вновь призван на военную службу в Национальную армию Азербайджанской Республики и назначен на должность помощника Президента Азербайджанской Республики по военным вопросам. В этой должности он работал до 2002 года и внес весомый вклад в создание современной азербайджанской армии. Тофику Якубовичу сейчас 95 лет, он Председатель Организации ветеранов войны, труда и Вооруженных сил Азербайджанской Республики, находится неизменно в гуще политических, социальных событий. Его комментарии по актуальным вопросам времени часто звучат в средствах массовой информации. Он обращает внимание общественности на злободневные политические темы, его особенно волнуют два вопроса: состояние решения карабахской проблемы и положение ветеранов в современном азербайджанском обществе. Ветераны – люди, умудренные опытом, пережившие разные проявления жизни, их мнение, оценки поэтому почти всегда безошибочны. И они единодушны в оценке своего Председателя: Тофик Якубович Агагусейнов не только высокообразованный, интеллигентный, профессиональный военный, но и гуманист до мозга костей. Словом, славный продолжатель дела выдающихся азербайджанских генералов, оставивших неизгладимый след в истории… Джалил Халилов, полковник, доктор философии по политическим наукам
Hamısını oxu