Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Njdenin Xocavənddəki heykəlinin sökülməsi, prezidentimizin diplomatik zəfəridir”

Cəlil Xəlilov: “Bu, həm də erməni faşizmi üzərində növbəti qələbə deməkdir”   “Njdenin Xocavənddəki heykəlinin sökülməsi, prezidentimizin diplomatik zəfəridir”.   Bunu Moderator.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik baş verənləri həm də erməni faşizmi üzərində növbət qələbə kimi dəyərləndirib:   “Alman faşizminin köləsi olan, minlərlə sovet hərbçisinin ölümünə imza ata Qaregin Njdenin Xocavənddəki heykəlinin sökülməsi erməni faşizmi üzərində növbəti qələbəmizdir. Bildiyiniz kimi, Azərbaycan dövləti faşist təmsilçisinin bundan öncə də bəzi ərazilərdə heykəlinin ucaldılmasına etiraz etmiş, bu heykəllərin sökülməsi üçün çağırışlar səsləndirmişdir. Məhz dövlətimizin səyi nəticəsində bəşəri cinayətlər imza ata Njdenin heykəli vaxtiylə ucaldıldığı bir sıra ərazilərdə sökülmüşdür. Faşist nökərinin Xocavənddəki heykəlinin sökülməsi də dövlətimizin qətiyyət və gücünün göstəricisidir.   Azərbaycan dövləti bu kimi məsələlərdə sərgilədiyi prinsipiallıqla anti-bəşəri, qeyri-humanist ideya və dəyərlərin təbliğinə imkan verməyəcəyini, faşist düşüncə tərzinə qarşı qətiyyətlə mübarizə aparacağını göstərir.  Beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri də dövlətimizin bu siyasətini təqdir etməli, faşizmin yenidər dirçəlməsinə, bəşəriyyətin yenidən faşizm təhlükəsi ilə üzləşməsinə imkan verməməlidir”.   Seymur ƏLİYEV

2021-02-13 00:00:00
3454 baxış

Digər xəbərlər

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” keçirilib

Bu gün Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” keçirilib. İlk öncə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında birgə əməkdaşlığa dair Memorandum imzalandı. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma müvafiq olaraq gələcəkdə Şəhid ailələri, Qazilər, Müharibə iştirakçəlarında diqqət və qayğı yönümündə birgə ictimai təşəbbüslər layihə və tədbirlər uğurla davam etdiriləcək. Daha sonra hər iki qurumun birgə təşkilatçılığı və İydə parfumun tərəfdaşlığı ilə 8 noyabr Zəfər günün 1-ci ildönümü ərəfəsində "Nəsillərin görüşü" adlı tədbir keçirildi. Tədbirdə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr əvəz Qalib Əliyev, İctimai birliyin sədr müavini Məcid Məmmədov, icraçı direktoru Zamin Zeynal, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Fatma Səttərova, sədr müavini Cəlil Xəlilov, İydə parfumun rəhbərliyi, Qazilər, Müharibə iştitakçıları iştirak edərək çıxış etdilər. Birlik rəsmiləri çıxış edərək qeyd etdilər ki, Azərbaycan tarixinə qızıl hərflərə həkk edilmiş 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, cəsarətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında fədakar Azərbaycan ordusu tarixi, əbədi, əzəli Azərbaycan məxsus olan Qarabağ torpalarımızı, düşmənin istilasından azad etməyə müvəffəq olmuşdur. Bu gün hər bir vətəndaş cəmiyyəti təsisatı milli, Vətənpərvər ruhda birlik, həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın daha böyük Azərbaycan naminə həyata keçirdiyi məqsədyönlü, uğurlu, daxili və xarici siyasətinə öz ictimai, siyasi töhfəsini verməlidir. Birliyin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirdi ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı ilə birgə belə bir tədbiri gerçəkləşdirməkdə məqsəd Dövlət Başçısının Şəhid ailələri, Qazilər, Müharibə iştirakçıları ilə bağlı gördüyü uğurlu işlərə birgə fəaliyyət çərçivəsində ictimai təkan olmaqdır. Qeyd edək ki, tədbirdə vətənpərvər fəaliyyətinə və vətənə ləyaqətlə xidmətinə görə bir qrup müharibə əlili və iştirakçısı fəxri fərman və hədiyyələr ilə təltif olundu.  

Hamısını oxu
18 yaşlı şəhidimizin son sözləri: “Elə ki, evə çatdım məni bərk qucaqla”

18 yaşlı şəhidimiz Xəyyam Daşdəmirov qısa, amma hər kəsə örnək olacaq ömür sürdü.    AzTV şəhidimizlə bağlı maraqlı videosüjet hazırlayıb.    Süjetin əvvəlində X.Daşdəmirovun anasına yazdığı məktub təqdim edilib:   "Ana yıxılma ha, dik dayan... Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki, evə çatdım məni bərk qucaqla. Bu son görüşümüzdür, ana... Ana, sən şəhid anasısan, dik dayan!”.   Videosüjetdə danışan şəhidimizin anası Vüsalə xanım oğlunun vətənpərvərliyindən, mərdliyindən danışıb.    Həmin videonu təqdim edirik:

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunan tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün 30 illiyinə həsr olunan tədbir keçirilib.   Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fatma Səttarova bu tarixi günün əhəmiyyətinə diqqət çəkib, müstəqilliyin hər bir xalq üçün qürur mənbəyi olduğunu vurğulayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xalqımızın Azərbaycan Xalq Cümhuriyyəti dönəmində müstəqillik qazandığını, lakin bu müstəqilliyin cəmi 23 ay davam etdiyini bildirib. polkovnik qeyd edib ki, yalnız 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etdi.   Müstəqilliyyimizin möhkəmlənməsində, dövlətimizin hərbi, iqtisadi, siyasi və digər müstəvilərdə güclənməsində ümummilli lider Heydər Əliyevin roluna diqqət çəkən polkovnik Cəlil Xəlilov, Prezident İlham Əliyevin sayəsində bu prosesin yeni mərhələyə qədəm qoyduğunu, uğurla inkişaf etdirildiyini söyləyib.   Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Firdosiyyə Əhmədova AXC və 90-cı illərin əvvəllərində əldə edilən dövlət müstəqilliyimizlə bağlı tarixi məqamları şərh edib. Tarixçi alim qeyd edib ki, AXC dönəmindən fərqli olaraq, xalqımız son 30 ildə öz müstəqilliyini nəinki qoruyub saxladı, onu regionun ən güclü dövlətinə çevirməyə nail oldu.   Bəzi dövlət və güclərin bu gün də Azərbaycanla bağlı siyasətində ciddi ədalətsizliyə yol verdiyinə diqqət çəkən tarixçi alim, bütün bu təzyiqlərə tab gətirmək, dövlətimizin maraqlarını qətiyyətlə müdafiə etmək üçün xalqın dövlətimiz, dövlət başçımız ətrafında sıx birləşməsinin vacibliyini qeyd edib.   F.Əhmədova həmçinin qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti əvvəlki dönəmlərədən fərqli olaraq, builki 18 oktyabr tarixinin daha yüksək əhval-ruhiyyədə qeyd edilməsinə səbəb olub.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadrlar şöbəsinin müdiri Bəhram Zahidov bəzi qonşu dövlətlrin ölkəmizə təzyiq göstərmək cəhdlərinə diqqət çəkib, hazırkı həssas məqamda bütün veteranları dövlət başçısının ətrafında sıx birləşməyə çağırıb. Professor qeyd edib ki, eyniylə Vətən müharibəsində olduğu kimi vətəndaşlarımız bu gün də Prezident İlham Əliyevin hər bir çağırışını dəstəkləməli, milli maraqlarımızın müdafiəsində ciddi aktivlik və ayıq-sayıqlıq sərgiləməlidir.   Tədbir maraqlı müzakirələrlə davam edib.      

Hamısını oxu
“ABŞ prezidentinin qondarma “erməni soyqırımı”nı tanıması, sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına təzyiq cəhdidir

Cəlil Xəlilov: “Türkiyəyə qarşı bu təzyqilər heç bir nəticə verməyəcək”   “Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da Türkiyəni dəstəkləməkdə davam edəcək”   ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması Türkiyə ilə yanaşı, Azərbaycan cəmiyyətində də ciddi etirazla qarşılanıb.   Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Veteran.gov.az-a açıqlamasında  bunu tarixi həqiqətlərin kobud təhrifi kimi dəyərləndirib:   “Təbii ki, 1915-ci il hadisələrini bu şəkildə dəyələrəndirmək, ermənilərə qarşı guya hanssıa soyqırımın həyata keçirildiyini iddia etmək tarixi həqiqətləri kobud şəkildə təhrif etmək, məqsədli şəkildə görməzdən gəlmək deməkdir. Çünki 1915-ci il olaylarının mahiyyəti bütün dünya, o cümlədən ABŞ üçün kifayət qədər aydındır. Hər kəsə məlumdur ki, nə 1915-ci ildə, nə də ondan əvvəl və sonra Osmanlı dövləti ərazisində, Türkiyədə ermənilərə qarşı hər hansı zorakılıq, təzyiq və soyqırım baş verməyib. Əksinə, ermənilərin özü türklərə, azərbaycanlılara qarşı 1915-1918-ci illərdə soyqırım həyata keçirib, minlərlə günahsız mülki vətəndaşı amansızcasına, bir-birindən ağır işgəncələrlə qətlə yetiriblər. İndi ABŞ prezidentinin tarixi həqiqəti danaraq 1915-ci il olaylarını “erməni soyqırmı” kimi dəyərləndirməsi hər şeydən öncə bu ölkədə erməni lobbisinin, erməni diaspor təşkilatlarının nüfuzu və təzyiqi kimi qiymətləndirilməlidir. Bu fakt onu göstərir ki, özünü dünyaya “demokratiyanın beşiyi” kimi təqdim edən ABŞ-da lobbi təşkilatlarının gücü qarşısında ən böyük, inkaredilməz həqiqət belə davam gətirə, həyata vəsiqə ala bilmir.   Ancaq bu da bir həqitədir ki, bu məsələni sadəcə erməni lobbisinin gücü ilə əlaqələndirmək də yanlış olur. Şübhəsiz, bu qərarın arxasında həm də ABŞ-ın öz maraqları, gələcəyə yönəlik niyyət və planları dayanır”.   Cəlil Xəlilov qeyd edib ki, ABŞ-ın bu addımı atmaqla Türkiyəyə təzyiq göstərməyə çalışır:   “ABŞ hökumətinin belə bir addım atmasının arxasında tamamilə müstəqil siaysət yürüdən, sadəcə regionda deyil, bütün dünyada ciddi güc mərkəzinə çevrilən Türkiyəyə təzyiq göstərmək, onun mövqelərini zəiflətmək məqsədi daşıyır. Görünən odur ki, qardaş Türkiyənin regiondakı aktivliyi, o cümlədən Vətən müharibəsində ölkəmizə verdiyi mənəvi-diplomatik dəstək bəzi qlobal gücləri məmnun etmiş deyil. Bu səbəblə də onlar müxtəlif yollarla Türkiyəyə təzyiq göstərməklə rəsmi Ankaranın fəaliyyətini “çərçivəyə salmağa” çalışırlar. Lakin undurular ki, bu gün onların qarşısında böyük hərbi, iqtsisadi, siyasi və diplomatik gücə malik olan güclü Türkiyə dövləti dayanıb. Bu gün Türkiyənin hörmətli Rəcəb Tayyib Ərdoğanın timsalında çox güclü, qətiyyətli, uzagörən, vətənpərvər prezidenti var. Odur ki, Türkiyəyə təzyiq göstərməyə çalışanların nəyəsə nail olması mümkün deyil”.   Sədr müavini bugünə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın Türkiyəyə dəstək verməkdə davam edəcəyini bildirib:   “Məlum olduğu kimi, Azərbaycan və Türkiyə sadəcə indi deyil, tarixin bütün keşəkeşli dönəmlərində bir-birlərinə dəstək olub, bir-birlərinə qardaş yardımı göstəriblər. Bu baxımdan, hazırda Türkiyəyə yönəlik təzyiqlərə Azərbaycanın sərt təpgi verməsi, qardaş türk xalqı ilə həmrəylik sərgiləməsi tamamilə məntiqli və anlaşılandır. Çünki ABŞ erməni yalanını müdafiə etməklə, Türkiyəni heç vaxt etmədiyi cinayətdə ittiham etməklə sadəcə Türkiyəni deyil, 300 milyondan çox türk dünyasının qınaq və qəzəbinə səbəb olub.   Türkiyənin mənafeyinə zidd hər hansı bir addım, həm də Azərbaycanın, bütün türk dünyasının mənafeyinə zərbə deməkdir. Məhz buna görə də Co Baydenin məlum açıqlamasından dərhal sonra Azərbaycanda yüzlərlə ziyalı, millət vəkili, ictimai-siyasi xadim Türkiyəyə dəstək xarakterli bəyanatlar verərək ABŞ prezidentinin ermənipərəst bəyananatını lənətləmiş, bunu tarixin təhrif edilməsi kimi qiymətləndirmişdir. Bu baxımdan ABŞ bu böyük yanlışı ortadan qaldırana qədər Azərbaycanın Türkiyəyə dəstəyi davam edəcək.   Azərbaycanın Türkiyəyə verdiyi bu dəstək bütün türk dünyasının maraq və mənafeyi baxımından son dərəcə önəmlidir. Bu, türk dünyasının mənəvi-siyasi birliyini ortaya qoymaqla, Türkiyənin tək olmadığını, onu dsətəkləyən dövlətlərin mövcudluğunu göstərir. “Bir millət iki dövlət” prinsipinin bizdən tələb etdiyi də məhz budur”.   Seymur ƏLİYEV

Hamısını oxu