Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən müharibəsində böyük qələbəyə gedən yol Tovuz döyüşlərindən başlayıb

Tovuz döyüşləri böyük qələbəyə gedən yolun başlanğıcı, xalqımızın şərəf tarixidir. Aprel döyüşləri kimi, bu döyüşlər də xalqımızı həlledici qələbəyə ruhlandırdı. 8 Noyabr zəfərinə - böyük qələbəyə gedən yol Tovuz döyüşlərindən başlayır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik deyib ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı, Azərbaycan xalqının birlik və mübarizə əzmini də nümayiş etdirdi. Bu döyüşlər sadəcə ordumuzun düşmən təxribatına qarşı qəhrəmanlıq mübarizəsi ilə məhdudlaşmır. Tovuz döyüşləri həm də Azərbaycan xalqı ilə ordumuz arasındakı birlik və bərabərliyin nümunəsidir. Bu döyüşlər göstərdi ki, Azərbaycan xalqı öz ordusunun, Ali Baş Komandan İlham Əliyevin yanındadır və onu qətiyyətlə dəstəkləyir. Qeyd edilib ki, Tovuz döyüşlərindən sonra xeyli sayda vətəndaşımız düşmənə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün əlaqədar dövlət qurumlarına müraciət etdi, kütləvi şəkildə cəbhəyə üz tutmağa hazır olduqlarını bildirdi. Tovuz döyüşləri və ondan sonra baş verən hadisələr göstərdi ki, Azərbaycan xalqı otuz illik işğalla nəinki barışmayıb, bu torpaqları işğaldan azad etmək üçün qanından və canından keçməyə hazırdır. Tovuz döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla yanaşı, daha 11 hərbçimiz şəhid oldu, o cümlədən bir mülki şəxs həyatını itirdi. Ordumuz, elə Tovuz döyüşlərində şəhid olan hərbçilərimizin qisasını aldı, çoxlu sayda düşmən hərbçisi, o cümlədən onun hərbi texnikası məhv edildi. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, bu döyüşlər Vətən müharibəsi üçün də uğurlu başlanğıc oldu. Tovuz döyüşlərindən qısa müddət sonra - sentyabrın 27-də düşmən hücumunu uğurlu əks-hücuma çevirən Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni məğlub etməklə ərazi bütövlüyümüzü təmin etdi. Bu döyüşlərdə bütün şəhidlərimizin qisası bir daha alındı, Ermənistan biabırçı şəkildə məğlubiyyətə uğradıldı. “Azərbaycan xalqı bütün şəhidlərini, o cümlədən Tovuz döyüşlərində həlak olan şəhidlərinin xatirəsini hər zaman ehtiramla anır. Bundan sonra da onları böyük ehtiramla xatırlamaqda və xatirəsini sevgi ilə yaşatmada davam edəcək”, - deyə C.Xəlilov vurğulayıb.

2021-07-14 00:00:00
3340 baxış

Digər xəbərlər

İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

Hamısını oxu
“Sərhədçimizə açılan bu atəş yalnız dövlətimizə deyil, həm də regional sülhə, beynəlxalq hüquqa açılan atəşdir”

Xəbər verdiyimiz kimi, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Nəticədə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.   Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov baş verən olayı Ermənistanın məqsədyönlü təxribatı kimi dəyərləndirib:   “Sərhədçimizin erməni snayperi tərəfindən vurulması Ermənistanın ölkəmizə qarşı növbəti məqsədyönlü təxribatıdır və bu təxribatın planlı şəkildə həyata keçirildiyi videokadrlardan da aydın görsənir. Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə - digər erməni hərbçilərinin müşayidəsi ilə tərk edir. Yəni erməni snayperi məqsədli şəkildə ön xətdə yerləşdirilib və digər erməni həbnçilərinin də iştirakı ilə ölkəmizə qarşı təxribat törədib. Hadisənin bir neçə erməni hərbçisinin iştiralı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hər hansı əsgərin “özfəaliyyəti” kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır. Bu təxribat Ermənistan ordusunun hərbi yetkililərinin bilavasitə tapşırı və nəzarəti altında gerçəkləşib”.   Polkovnik qeyd edib ki, bu olay Ermənistan hakimiyyətinin sülhdən uzaq olduğunu, bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə çalışdığını göstərir:   “Sərhədçimizə açılan bu atəş bir kəs daha sübut edir ki, Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadan başqa bir şey deyil və İrəvan yalnız və yalnız müharibə haqqında düşünür. Bu səbəblə də sülh müqaviləsi imzalamaqdan yayınır, habelə təmas xəttində vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin şəkildə saxlamağa çalışır. Məqsəd regionda etibarlı sülhün, etibarlı sabitliyin bərqərar olmasına imkan verməmək, hər an yeni bir müharibəni alovlandırmaq üçün münbit zəmin formalaşdırmaqdır”.   Ekspert qeyd edib ki, ABŞ və Fransanın Ermənistana verdiyi birtərəfli dəstək də İrəvanı revanşizmə həvəsləndirən mühüm addımlardan biridir:   “Ermənistan rəsmiləri – baş nazirdən tutmuş müdafiə və xarfici işlər nazirlərinə kimi hər kəs Fransa və Hindistandan müasir silahlar, hərbi texnikalar aldıqlarını bəyan edir və açıq şəkildə bildirirlər ki, onların silah aldıqları “digər fövqəlgüclər də var”. Bu bəyanatlar bir daha təsdiq edir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır və bu işdə ermənipərəst beynəlxalq güclərin imkanlarından gen-bol istifadə edir.   Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında aktiv rol oynayır, ölkəmizə qarşı mina terrorunu davam etdirən bu dövləti hər vasitə ilə silahlandırırlar. ABŞ-ın Ermənistana mənəvi-siyasi dəstəyi də təəssüf hissi ilə vurğulanmalıdır. Bütün bu faktlar onu göstərir ki, ABŞ və Fransa regionda yeni bir müharibənin baş verməsində maraqlıdırlar və onlar Ermənistanı buna sürükləyir.   Polkovnik bildirib ki, sərhədçimizə qarşı təxribatın Zəngilanda – İranla sərhəddin yaxınlığında törədilməsi Ermənistanın ağalarının müharibə arealını genişləndirmək planlarından xəbər verir:   “Məlum insidentlə bağlı diqqət çəkən faktlardan biri də hadisənin Zəngilanda – İranla sərhəddə yaxın ərazidə gerçəkləşməsidir. Məqsəd Azərbaycanla Ermənistana arasında yeni müharibəyə təkan verməklə yanaşı, həm də bu müharibənin miqyas və coğrafiyasını genişləndirmək, İran və digər dövlətləri də bura daxil etməkdir. Çünki Ermənistanın Qərbdəki himayədarları yaxşı başa düşür ki, müharibədə daha çox dövlətin iştirakı qarşıdurmanın miqyas və dağıdıcılığının daha da artması deməkdir. Məhz bu səbəbdən də təxribat üçün üçüncü dövlətə yaxın ərazi seçilib ki, bu da İrəvanın dağıdıcı güclərin əlində alətə çevrildiyini göstərir”.   Cəlil Xəlilov vurğulayıb ki,  baş verən təxribat Avropanın bölgədəki missionerlik fəaliyyəti və “binokl doplomatiyası”nın nə qədər gərəksiz və təhlükə olduğunu sübut etdi:   “Məlum olduğu kimi, bəlli bir müddətdir ki, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhəddində hansısa missiya həyata keçirir, avropalı diplomatlar, fransalı generallar çox tez-tez əldə binokl Azərbaycan ərazisini izləməklə gündəmə gəlirdi. Avropalı diplomatlar əminliklə bildirirdilər ki, guya bütün bu fəaliyyət regionda sülhün və sabitliyin formalaşmasına xidmət edir və bundan narahat olmağa dəyməz. Amma dünənki təxribat sübut etdi ki, Qərbin həyata keçirdiyi bu missiya Ermənistanın silahlanma tendensiyası qədər təhlükəlidir və məlum fəaliyyət regionda sülhə töhfə vermək əvəzinə qarşıdurmanı riskini gücləndirir.   Ancaq hər kəs – həm rəsmi İrəvan, həm də Ermənistana  dəstək verən beynəlxalq güclər bilməlidirlər ki, Azərbaycan istənilən təhlükəni dəf etməyə qadirdir və bugünə qədər olduğu kimi bundan sonra da bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq. Necə ki, bu gün  - 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən “qisas əməliyyatı” zamanı Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bu, bir daha dövlətimizin qətiyyətindən, ordumuzun qüdrətindən xəbər verir və bu fakt bir daha sübut edir ki, Azərbaycan heç bir təxribatı cavabsız qoymayacaq”.

Hamısını oxu
Kazım Qurbanov: “İdmançılarımızın Avropa çempionatındakı qələbəsi şəhidlərimizə ithaf olunur”

“Uğurlarımıza səbəb ölkə başçısının idmana, idmançılara olan diqqət və qayğısıdır”   Moderator.az xəbər verir ki, bu gün Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov bir qrup idmançı ilə görüşüb, Avropa çempionatında əldə etdikləri uğurlu nəticəyə görə onları təbrik edib. İdmançılarımızın bu qələbəsinin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsinə ithaf edildiyini bildirən Kazım Qurbanov qeyd edib ki, idmançılarımızın əldə etdiyi qalibiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana olan qayğısının nəticəsidir. Kazım Qurbanov Azərbaycan Gənclər və İdman Nazirliyinə, Milli Olimpyia Komitəsinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevə idmançılara göstərilən diqqət və qayğıya görə də minnətdarlığını bildirib. Xatırladaq ki, 21-28 iyun 2021-ci il tarixlərində Tatarstan Respublikasının Kazan şəhərində Kəmər güləşi üzrə dünya çempionatı və sumo üzrə gənclər və böyüklər arasında keçirilən Avropa çempionatının yekun nəticələri bəlli olub. İdmançılarımızdan Feyziyev Camal sumo güləşi üzrə +115 kq çəkidə III yerə, mütləq çəkidə I yerə,kəmər güləşi üzrə mütləq çəkidə I yerə, Əliyev Sadiq sumo güləşi üzrə U 21 gənclər arasında 77 kq çəkidə III yerə, Ələsgərov Kamal U 23 gənclər arasında 77 kq çəkidə III yerə, Abdullayev Xəyyam kəmər güləşi üzrə 70 kq çəkidə III yerə, Hacıyev Vəliş sumo güləşi üzrə gənclər arasında 92 kq çəkidə III yerə və kəmər güləşi üzrə 90 kq çəkidə III yerə layiq görülüb. Yığma komandamız kəmər güləşi üzrə komanda hesabında II yeri tutub. Komandanın üzvü Feyziyev Camala kəmər güləşi üzrə mütləq çəkidə qalib gəldiyinə görə maşın hədiyyə edilib. Çempionatda Seymur Qurbanov və Rəsul Həsənov hakim qismində ədaləti qoruyublar.   Sumo üzrə gənclər və böyüklər arasında Avropa çempionatı Camal Feyziyev gənclər arasında (+115 kq çəki dərəcəsində) III yer, mütləq çəkidə I yer Sadiq Əliyev (77 kq çəki dərəcəsində) U-21 gənclər arasında III yerKamal Ələsgərov (77 kq çəki dərəcəsində) U-23 gənclər arasında III yer Vəliş Hacıyev (92 kq çəki dərəcəsində) U-21 gənclər arasında III yer Kəmər güləşi idman növü üzrə dünya​ çempionatı Camal Feyziyev mütləq çəkidə (130+ kq çəki dərəcəsində) I yer. Xəyyam Abdullayev (70 kq çəki dərəcəsində) III yer Vəliş Hacıyev (90 kq çəki dərəcəsində) III yer Yığmamız bu nəticə ilə​ komanda hesabında II yeri tutub.   Seymur ƏLİYEV

Hamısını oxu
“DTX onların Azərbaycana olan əsl münasibətini üzə çıxardı...”

“Şübhəsiz, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və digər şəxslərlə bağlı DTX tərəfindən ictimaiyyiləşdirilən məlumatlar ciddi mətləblərdən xəbər verir və bütün bunlara məhkəmə tərəfindən də qiymət veriləcək. Lakin indidən bir məqamı əminliklə demək olar ki, toplanan məlumatlar xarici dövlətlərin Azərbaycana münasibətdə düşmənçilik mövqeyindən çıxış etdiyini bir daha sübut edir”.  Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, DTX-nın atdığı addımlar hansı kənar qüvvələrin Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı olduğunu üzə çıxardı: “Heç kimə sirr deyil ki, bəzi dövlətlər Azərbaycanı özünün əlaltısı kimi görmək istəyir. Azərbaycanın müstəqil siyasət yürütməsi, öz torpaqlarını azad etməsi, bölgədə söz sahibi olması, nüfuzunu artırması bu qüvvələri daha çox narahat edir. Buna görə də həmin qüvvələr Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlıdrlar. Doğrudur, onlar başa düşürlər ki, bu, asan məsələ deyil. Amma yenə də buna cəhdlər göstərirlər. Bu mənada DTX-nın məlum fəaliyyəti həm də xarici dövlətlər və onların xüsusi xidmət orqanlarının anti-Azərbaycan fəaliyyətinin ifşası kimi qiymətləndirilə bilər”. Seymur ƏLİYEV  

Hamısını oxu